EURO 1,9066 TRY 0,2976
USD 1,7 RUB 0,027
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:04.07.2019 09:07:06

İyulun 1-dən Gürcüstan Müsəlmanları İdarəsinin nümayəndə heyəti Mənəvi Dəyərlərin Təbliği Fondunun dəvəti ilə Azərbaycanda səfərədir.

İyulun 1-dən Gürcüstan Müsəlmanları İdarəsinin nümayəndə heyəti Mənəvi Dəyərlərin Təbliği Fondunun dəvəti ilə Azərbaycanda səfərədir.

Bu haqda İslamazeri.com-a Gürcüstan Müsəlmanları İdarəsindən məlumat verilib.

Məlumata görə, səfər çərçivəsində Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Ramin İgidov, İdarənin Şərqi Gürcüstan üzrə müftisi Yasin Əliyev, Qərbi Gürcüstan üzrə müftisi Beglar Kamaşidze və katibi Oktay İsayev bir neçə dini qurum və təşkilatlarda olmuşlar. Onlar proqram üzrə Azərbaycanın Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Mənəvi Dəyərlərin Təbliği Fondunun sədri Mehman İsmayılov, Azərbaycan İlahiyyat İnistutunun rektoru Ceyhun Məmmədov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov və başqa dövlət rəsmləri ilə görüşüblər. 

GMİ təmsilçiləri eyni zamanda Gürcüstanın Azərbaycandakı səfirliyində olublar.

Qonaqlar din və dövlət qurumlarının səlahiyyətləri, iş sahələri, həyata keçirdiyi layihə və tədbirlər barəsində tanış olublar. Onlara Azərbaycanın Dövlət Din münasibətləri, Dövlətin dinlərə göstərdiyi diqqət və qayğılar haqqında məlumatlar verilib.
Azərbaycana səfərdən məmnunluğunu ifadə edən Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi və müftiləri dəvətə görə Fondun rəhbərliyinə təşəkkür ediblər.

Gürcüstanda yaşayan soydaşlarımızın Azərbaycanda gedən bütün prosesləri yaxından izlədiklərini vurğulayan qonaqlar bildirib ki, Gürcüstanda da dövlət-din münasibətləri yüksək səviyyədə qurulub. Dövlətin digər dinlərlə yanaşı sağlam İslam dininin yaşaması yönündə göstərdiyi diqqət, dəstək və qayğıdan danışıb, təmsil etdikləri dini qurumun məqsəd və fəaliyyəti haqqında geniş məlumat veriblər. 
Gürcüstan Müsəlmanları İdarəsinin din rəhbərləri iki qardaş, strateji müttəfiq ölkənin hər sahələrdə olduğu kimi, dini sahədə də əməkdaşlığa hazır olduqlarını vurğulayıblar.

Qeyd edək ki, bir neçə gün davam edən səfər çərçivəsində Fəxri və Şəhidlər xiyabanını, müxtəlif dini-tarixi abidələri də ziyarət ediblər.


Gürcüstan Müsəlmanları İdarəsinin nümayəndə heyəti Azərbaycana gəliblər - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bill Geyts yenə “kasıbladı”: Milyarderlər siyahısındakı yeni yeri
    "Bloomberg" milyarderlə bağlı yeni məlumat yayıb.
     17.07.2019
    İran xarab xarici tankeri öz sularına çəkdi: “Lazımi yardım ediləcək”
    İran XİN rəsmisi məsələ ilə bağlı danışıb.
     17.07.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ