Gürcüstan DTX 2 milyon dollara uran satan şəxsi tutub

Gürcüstan DTX 2 milyon dollara uran satan şəxsi tutub
Yayınlanma tarixi: 5/1/2023 2:24:56 PM

Adı hələlik açıqlanmayan şəxs Poti şəhərində 2.000.000 ABŞ dolları qarşılığında radioaktiv materialı satmaq istəyərkən tutulub.

İslamazeri.com Gürcüstan mediasına istinadən xəbər verir ki, Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin əks-kəşfiyyat şöbəsinin əməkdaşları Gürcüstan Prokurorluğu ilə birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz radioaktiv maddələrin satışına cəhd faktı üzrə 1 nəfəri saxlayıblar.

Adı hələlik açıqlanmayan şəxs Poti şəhərində 2.000.000 ABŞ dolları qarşılığında radioaktiv materialı satmaq istəyərkən tutulub.

“Radioloji ekspertizanın rəyinə əsasən, axtarış zamanı ələ keçirilən və ekspertizaya təqdim edilən kütlənin tərkibində uran radioaktiv maddəsi var və nüvə materialları kateqoriyasına aiddir.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin radioaktiv maddələrlə qanunsuz dövriyyəni və 5 ildən 10 ilədək müddətə həbs cəzasını nəzərdə tutan 230-cu maddəsinin birinci hissəsi ilə aparılır. İstintaqı Dövlət Təhlükəsizliyi Xidmətinin əks-kəşfiyyat şöbəsi aparır”, – deyə məlumatda qeyd olunub.

GÜNÜN MANŞETLERİ

SABAHIN HAVASI
ÖLKƏ / MÜXTƏLİF

SABAHIN HAVASI

7/25/2026 1:29:54 PM
Bəhreyn və Küveytdən İrana ilk birbaşa hücum
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Bəhreyn və Küveytdən İrana ilk birbaşa hücum

7/25/2026 10:30:01 AM
Sorğu: İsraillilərin əksəriyyəti Netanyahunu istəmir
DÜNYA / MARAQLI

Sorğu: İsraillilərin əksəriyyəti Netanyahunu istəmir

7/25/2026 10:10:03 AM
İmam Zamanın (ə.f) razılığı
DİN

İmam Zamanın (ə.f) razılığı

7/25/2026 12:00:01 AM