EURO 2,0067 NEFT 75,3
USD 1,7 RUB 0,0272
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:26.03.2018 12:41:00

Bu gün Gürcüstanın dövlət özəl institutlarında 10 mindən çox xarici ölkə vətəndaşı təhsil alır. Onların da 3 minə yaxını Azərbaycan vətəndaşlarıdır.

İslamazeri.com xəbər verir ki, “Report”un Gürcüstan bürosu bununla əlaqədar araşdırma aparıb. Məlum olub ki, azərbaycanlıların böyük bir hissəsi özəl universitetlərdə oxuyurlar.

Gürcüstan Milli Statistika İdarəsinin məlumatına görə, 2017-2018-ci tədris ilində azərbaycanlıların sayı 2691 nəfər olub. Lakin, Gürcüstan Boloniya təhsil bəyannaməsinə (Avropa ali təhsil məkanı bəyannaməsi) qoşulduğu üçün xarici tələbələrin qəbulu yanvar da həyata keçirilib və Azərbaycan vətəndaşlarının sayının artdığı istisna edilmir.

Azərbaycan vətəndaşlarının 500-ü Gürcüstanın dövlət, qalanı isə özəl ali məktəblərində ali təhsil alırlar.

Gürcüstanın Təhsil və İdman Nazirliyi və Tələbə Qəbulu üzrə Ali Attestasiya Komissiyası xarici ölkə vətəndaşlarının təhsilini və universitetlərin fəaliyyətini daim diqqətdə saxlayır. 2017-ci ilin sonlarında iki özəl universitetin (özəl tibb və özəl sosial ixtisas üzrə universitetlər) akkreditasiyası ləğv olunub. Təhsildən yayınan və imtahanlardan qeyri-kafi qiymətlər alan 200-ə yaxın xarici tələbənin statusu dayandırılıb. Tələbələrin sırasında Azərbaycan vətəndaşıları da var.

İ.Cavaxişvili adına Tbilisi Dövlət, Tbilisi Texniki, Gürcüstan Tibb, Gürcüstan Pedaqoji və digər dövlət universitetlərində təhsil alan tələbələrlə bağlı ciddi problem yoxdur. Dövlət universitetlərində gürcü və tədris üçün tələb olunan digər dilləri bilməyən tələbələr üçün bir illik hazırlıq kursları təşkil olunub. Onlar bu kursu bitirdikdən sonra ali təhsilə buraxılırlar.

Hazırda nazirlik və komissiya Tbilisi Açıq Universiteti, Tbilisi Humanitar Universiteti, Qafqaz Beynəlxalq Universiteti və digər özəl universitetlərdə yoxlamaları davam etdirir. Təkcə 2018-ci ilin ilk iki ayında 100-dən çox tələbənin statusu ya müvəqqəti, ya da tam dayandırılıb. Buna səbəb tələbələrin imtahanlardan qeyri-kafi qiymət almaları və tədris dilini zəif bilmələri olub. Tbilisi Humanitar Universitetində tələbələr üçün pulsuz dil kursları təşkil olunub. Digər universitetlərdə də bu istiqamətdə iş aparılır.

Məlumat üçün bildirək ki, hazırda Gürcüstanın ali məktəblərində on mindən çox xarici ölkə vətəndaşı təhsil alır. Bunların 4 mindən çoxu Hindistan vətəndaşlarıdır. 2017-2018-ci ildə Gürcüstan ali məktəblərinə qəbul olan xarici tələbələrin sayı 2016-2017-ci tədris ilində qəbul olunanların sayından 2 min nəfər çoxdur.

Gürcüstandakı xarici tələbələrin 7 mindən çoxu tibbi və sosial, 2 mindən çoxu humanitar və incəsənət, qalanları isə tikinti və sənaye istehsalı sahələri üzrə təhsil alırlar.

Gürcüstan 2006-cı ildə Boloniya təhsil sisteminə qoşulub. Xarici tələbələr də Gürcüstanda bakalavr, magistr və doktorluq dərəcəsi üzrə gürcü, ingilis, rus, alman və fransız dillərində tibb, hüquq, iqtisadiyyat, biznes, filologiya və digər istiqamətlər üzrə təhsil ala bilərlər. 

Tbilisidə ancaq atestatla universitetə daxil olmaq istəyənlər üçün videolu elan

Tbilisidə ali məktəbdə təhsil almaq bu qədər asan olmamışdı 


Gürcüstan ali məktəblərində 3 minə yaxın Azərbaycan vətəndaşı təhsil alır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İranın neft ixracatı azalıb
    İranın iyun ayının ilk yarısında xam neft ixracatı azalıb.
     18.06.2018
    Türk general Karakuş: S-400 sazişi ABŞ-ın təhdidlərinə reaksiyadır
    Türkiyə Hərbi Hava Qüvvələrinin keçmiş generallarından Ərdoğan Karakuş Rusiyadan S-400 raketləri alqı müqaviləsinin ABŞ təhdidlərinə göstərilən reaksiya olduğunu bildirib.
     18.06.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ