Günah əhli ilə dostluq etmək

Günah əhli ilə dostluq etmək
Yayınlanma tarixi: 20.02.2023 18:11:39

İslamazeri.com-un "Din" rubrikasından...

Günahkarlarla yoldaşlığın məzəmməti haqqında rəvayətlər

1. İmam Sadiq (ə) imam Baqirin (ə) dilindən belə nəql edir: “Atam Səccad (ə) mənə buyurdu: “Beş zümrə ilə yoldaş, həmsöhbət və dost olma.” Bu beş zümrənin kimlərdən ibarət olduğunu soruşdum. Atam buyurdu: “Yalançı ilə yoldaşlıqdan çəkin. O ilğım kimidir, uzağı yaxın, yaxını uzaq göstərər. Fasiqlə yoldaşlıqdan çəkin. O səni bir qarın yeməyə və ya ondan da aza satar. Paxılla yoldaşlıqdan çəkin. Çünki olanını sənə qıymaz, ehtiyaclı olduğun vaxt sənə yardım əli uzatmaz. Axmaqla yoldaşlıqdan çəkin. O sənə xeyir vermək istəsə də, anlamazlıqdan sənə zərər vurar. Yaxınları ilə əlaqəni kəsəndən çəkin. Mən belələrinə Qur`anda lə`nət oxunduğunu gördüm. “Məhəmməd” surəsinin 23-cü ayəsi, “Rə`d” surəsinin 24-cü ayəsi, “Bəqərə” surəsinin 27-ci ayəsi.”

2. İmam Sadiq (ə) buyurur: “Allaha və Qiyamət gününə imanı olan kəs imamın təhqir olunduğu, mö`minlərə eyb tutulan məclisdə oturmasın.”
3. İmam Sadiq (ə) buyurmuşdur: “Allaha qarşı itaətsizliyə yol verilən və söhbəti dəyişmək imkanı olmayan məclisdə əyləşmək mö`minə yaraşmaz.”
4. İmam Sadiq (ə) buyurur: “Bid`ət əhli ilə (dinə bir şey artırıb, dindən bir şey əskildənlərlə) həmsöhbət olmayın, bir məclisdə oturmayın. Belə etsəniz onlardan sayılarsınız. Peyğəmbər (s) buyurur: “İnsan öz dostu ilə bir məzhəbdədir.”

GÜNÜN MANŞETLERİ