EURO 1,9105 TRY 0,2917
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. KRİMİNAL

Kateqoriya : XƏBƏRLƏR

KRİMİNAL

Yayınlanma tarixi:09.02.2019 10:48:56

V.İsmixanov saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib.

Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar ayında şəhər ərazisində bir neçə evdən oğurluq edən şəxs saxlanılıb.

Bu barədə "Report"un Qərb bürosuna Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 29 yaşlı Vidadi İsmixanov yanvar ayının 24-də şəhər ərazisindəki evlərdən birinə gizli yolla daxil olaraq oradan 700 manat dəyərində qızıl-zinət əşyaları və 350 manat dəyərində 1 ədəd kompyuteri oğurlayıb.

Daha sonra o, yanvarın 27-də başqa bir evə daxil olaraq 4050 manat nağd pul və ümumi dəyəri 480 manat olan qızıl-zinət əşyalarını oğurlayıb.

V.İsmixanov saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Gəncədə evlərdən oğurluq edən keçmiş məhkum yaxalanıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Şəban ayının bugünkü, 15-ci gecəsinin ƏMƏLLƏRİ
    Şaban ayının on beşi, yəni bu gün zamanın imamı Həzrəti Mehdi (ə.f) dünyaya gəlib
     20.04.2019
    Bakıda Şarl De Qollun xatirə lövhəsində biabırçı səhvlər - FOTO
    Şəhərin mərkəzində bir neçə il bundan öncə quraşdırılan lövhə biabırçı səhvlərə rəğmən hələ də dəyişdirilmir.
     20.04.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ