Gəncə terrorunu törədənlər müəyyən olunub

Gəncə terrorunu törədənlər müəyyən olunub
Yayınlanma tarixi: 12.10.2022 10:04:38

“Gəncə terroru ilə bağlı Azərbaycan Baş Prokurorluğunda 3 cinayət işi başlanılıb, bu hərbi siyasi tapşırığı verənlər və icra edənlər müəyyən olunub”.

İslamazeri.com-un xəbərinə görə, bunu Gəncə şəhərinə səfəri zamanı jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, həmin şəxslər beynəlxalq axtarışa verilib:

“Hesab edirəm ki, biz onları hər yerdə, harada olduqlarından aslı olmayaraq, daim təqib edəcəyik. Həmin şəxslərin gec-tez məsuliyyətə cəlb edilməsinə nail olacağıq. Mən buna inanıram”.

GÜNÜN MANŞETLERİ