EURO 1,9288 TRY 0,311
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. KRİMİNAL

Kateqoriya : XƏBƏRLƏR

KRİMİNAL

Yayınlanma tarixi:03.03.2019 00:21:12

Sabunçu Rayon Məhkəməsində hakim Məhəmməd Bağırovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Gəncə hadisələri ilə bağlı həbs edilən Cabir Əzizov, Gülmirzə Nurzadə, Riya Nurizadə, Fikrət Mirzəliyev, Eyruz Hacıyev, Səbuhi Rəcəbov, Elman Quliyev və Sabir Əzizovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İslamazeri.com-un ONA-ya istinadən xəbərinə görə, Sabunçu Rayon Məhkəməsində hakim Məhəmməd Bağırovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, C. Əzizov 5 il, G. Nurzadə 6 il, R. Nurzadə 5 il, F. Mirzəliyev 6 il, E. Hacıyev 7 il, S. Rəcəbov 6 il, E. Quliyev 8 il və S. Əzizov isə 6 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və sair faktlar üzrə cinayət işi başlanılaraq istintaq aparılır.

Gəncə hadisələri ilə bağlı, təxminən, 80 nəfər cinayət məsuliyyətinə cəlb olunub, barələrində axtarış elan edilənlər də var.

Xatırladaq ki, bir neçə qrupun cinayət işi hazırda Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən araşdırılır.


Gəncə hadisələrinə görə həbs edilənlərlə bağlı qərar verildi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İran Netanyahunun oğlu və arvadının telefonuna sızdı - İDDİA
    İsrail mediası bu dəfə İran hakerlərinin Netanyahunun ailəsinin telefonlarına sızdığını yazıb
     20.03.2019
    Laqodexidə İmam Əlinin mövludu keçirilib - FOTO
    Gürcüstanın Laqodexi bölgəsində Şahi Vilayət - Həzrəti Əlinin (ə) mübarək mövludu münasibətilə mərasim keçirilib
     20.03.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ