Fransada ən qədim AES-də radioaktiv sızma aşkarlanıb

Fransada ən qədim AES-də radioaktiv sızma aşkarlanıb
Yayınlanma tarixi: 14.02.2023 13:38:30

Fransanın Lion şəhərini elektrik enerjisi ilə təmin edən ölkənin ən qədim atom elektrik stansiyasında radioaktiv sızma aşkar edilib.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Fransanın əsas enerji təminatçısı EDF tərəfindən verilən açıqlamada, 2022-ci ilin dekabr ayında Liondan 30 kilometr uzaqlıqda yerləşən Bugey Atom Elektrik Stansiyasında iki reaktorun tullantı sularında aparılan ölçmələrdə yüksək səviyyədə tritium sızmasının müşahinə diqqət çəkilərək: “İlk ölçmələrdə reaktorlardan birində yüksək, sonrakı ölçmələrdə isə yüksək dərəcədə olmasa da əhəmiyyətli radioaktiv tapıntılar aşkar edilib. Baxmayaraq, bu sızmanın nəticələri təhlükəli deyil və sızmanın yeraltı sulara, o cümlədən içməli sulara qarışma ehtimalı da yoxdur. Yanvarın 6-na olan məlumata görə, radioaktiv sızma səviyyəsi təhlükə həddindən aşağı düşdüb”.

Qeyd edək ki, EDF bu yaxınlarda texniki xidmətə etinasızlıq göstərdiyinə görə 3000 avro cərimə olunub. 2022-ci ilin avqustunda reaktorda yanğın baş verən ölkənin ən qədim atom elektrik stansiyasında indiyədək ümumilikdə 5 radioaktiv sızma aşkar edilib.

GÜNÜN MANŞETLERİ