Əfqanıstanın şimal-şərqində yerləşən Bədəxşan əyalətində səhər saatlarından bir-birinin ardınca zəlzələlər baş verib.
İslamazeri.com xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) verdiyi açıqlamada, yerli vaxtla səhər saat 08.30-10.50 arasında baş verən 4,4 və 4,2 bal gücündə zəlzələlərin episentri Bədəhşan əyalətinin Hindukuş dağlarında yerləşən Curm və İskasim rayonları olub.
Daha sonra yerli vaxtla saat 14:21-də Kurm qəsəbəsi növbəti zəlzələ ilə silkələnib. USGS bu zəlzələnin 193,6 kilometr dərinlikdə baş verdiyini və maqnitudasının 5,3 olduğunu açıqlayıb.
Zəlzələlər ölkənin şimal əyalətlərində, o cümlədən paytaxt Kabildə, eləcə də qonşu Tacikistan və Pakistanda hiss olunub.