Əfqanıstan: Aİ-dən səfirliklərini yenidən açmalarını istəyirik

Əfqanıstan: Aİ-dən səfirliklərini yenidən açmalarını istəyirik
Yayınlanma tarixi: 3.03.2023 13:52:35

Taliban müvəqqəti hökumətinin xarici işlər nazirinin müavini Emirhan Muttaki Avropa İttifaqının Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tomas Niklasson və onun nümayəndə heyət ilə görüşüb.

İslamazeri.com xəbər verir ki, Taliban müvəqqəti hökumətinin Xarici İşlər Nazirliyinin sözçünün müavini Hafiz Ziya Əhməd şəxsi Twitter hesabında görüşün məzmunu ilə bağlı açıqlama verib.

“Əhməd Muttaki Qəndəhar əyalətində baş tutan görüşdə Əfqanıstanla Aİ ölkələri arasında diplomatik əlaqələrin yaxşılaşdırılması üçün lazımlı addımların atılmasının və Aİ ölkələrinin Kabildəki səfirliklərini yenidən açmalarının vacibliyini vurğulayıb və Aİ-na Əfqanıstana göstərdiyi humanitar yardıma görə minnətdarlığını bildirib”.

Taliban rəsmisinin verdiyi məlumata görə, Aİ-nin xüsusi nümayəndəsi Niklasson Talibanın hakimiyyətə gəlməsi ilə Əfqanıstanda təhlükəsizliyin təmin edildiyini vurğulayıb. Korrupsiya ilə mübarizədə ciddi addımlar atıldığına diqqət çəkib. Əfqanıstana humanitar yardımı davam etdirəcəklərini qeyd edib.

Xatırladaq ki, 15 avqust 2021-ci ildə Taliban Əfqanıstan administrasiyasını ələ keçirdikdən sonra Aİ ölkələri oradakı səfirliklərini bağladı.

GÜNÜN MANŞETLERİ