EURO 1,8968 TRY 0,2935
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:28.08.2019 10:14:19

Həbsdə olan jurnalist Əfqan Muxtarlı avqustun 27-də vəkili Nemət Kərimli ilə görüşüb.

Həbsdə olan jurnalist Əfqan Muxtarlı avqustun 27-də vəkili Nemət Kərimli ilə görüşüb.

16 saylı cəzaçəkmə müəssisəsində baş tutan görüşdə jurnalist telefon danışığı və görüş hüququnun məhdudlaşdırılmasından şikayətlənib.

Bu barədə AzadlıqRadiosuna danışan vəkil Nemət Kərimlinin sözlərinə görə, Əfqan Muxtarlı deyib ki, anası və qardaşlarından başqa heç bir qohumunun, dostlarının onunla görüşməsinə imkan verilmir. Jurnalist bildirib ki, həyat yoldaşı və anasıgildən başqa heç kimə, hətta vəkilinə də zəng eləməyinə qadağa var.

“Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva mediaya bildirmişdi ki, bir dostunun poçt vasitəsilə müəssisəyə göndərdiyi pulu ona vermirlər. Əfqan bugün dedi ki, məsələ ictimailəşəndən sonra pul ona verilib”, vəkil bildirib.

Penitensiar Xidmətdən isə Əfqan Muxtarlının telefon danışığı və görüş hüququnun məhdudlaşdırılması barədə şikayətlərinin əsassız olduğu bildirilib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosuna deyib ki, Əfqan Muxtarlı da daxil, heç bir məhkumun vəkillə telefonla danışmaq və ya görüşmək hüququ məhdudlaşdırılmır:

“İstər adını çəkdiyiniz şəxsə, istərsə də digər məhkumlara qanunvericilikdə nəzərdə tutulmuş qaydada telefon danışıqları imkanı yaradılır. Xüsusən də vəkillərlə ünsiyyət məsələsində heç bir problem yoxdur və ola da bilməz. Qanun məhkuma yaxın qohumlar və digər şəxslərlə görüş hüququ verir. Amma qaydalara görə, digər şəxslərlə görüş müəssisə rəhbərliyinin icazəsilə olur. Əgər görüşə gələn şəxs məhkumun islah olunmasına, davranışına, əhval-ruhiyyəsinə müsbət təsir göstərirsə, bu halda, əlbəttə ki, o görüşə icazə verilir”.

Xatırlatma

Jurnalist Əfqan Muxtarlı 2017-ci il mayın 29-da oturum izni aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyib.

O, məhkəməsində bildirib ki, Tbilisidə saxlanıb, zor tətbiq edilərək sərhədə gətirilib və Azərbaycan tərəfinə təhvil verilib, üstəlik, cibinə 10 min avro pul qoyulub.

Bakıdakı rəsmi qurumlarsa onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlandığını, bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərdiyini bəyan ediblər.

Əfqan Muxtarlı hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunaraq 6 il həbs cəzası alıb.

Gürcüstan baş naziri və daxili işlər naziri də Əfqan Muxtarlı olayında yerli hüquq-mühafizə orqanlarının iştirakını təkzib ediblər.

 AzadlıqRadiosu


Əfqan Muxtarlı vəkili ilə CÇM-də görüşüb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Həsən Ruhani Bakıya rəsmi səfərə gələcək
    İran prezidenti Həsən Ruhani və bu ölkənin xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycan Respublikasına rəsmi səfərə gələcəklər.
     21.10.2019
    Bu il Azərbaycanda 34 dini icma dövlət qeydiyyatına alınıb
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) bu ilin 9 ayında dövlət qeydiyyatına alınan dini icmaların statistikasını açıqlayıb.
     21.10.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ