Xristian nümayəndə heyəti İmam Əli (ə) hərəmində - FOTO

Yayınlanma tarixi: 5.11.2022 12:57:08

İtaliyadan olan bir qrup xristian nümayəndə heyəti İmam Əli(ə) hərəmini ziyarət ediblər.

İslamazeri.com xəbər verir ki, bu barədə hərəmin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Kilsə heyəti İraq və Vatikan Dövləti arasında Dinlərarası Dialoq Daimi Komitəsinin üçüncü konfransında iştirak etdikdən sonra İmam Əlinin (ə) hərəmini ziyarət etmək üçün Bağdaddan Nəcəf şəhərinə gəliblər.

Ziyarətə gələn xristian nümayəndə heyəti bu səfərdən dərin məmnunluq hissi keçirdiklərini və İmam Əli (ə) hərəminin abu-havasına valeh olduqlarını bildiriblər.

GÜNÜN MANŞETLERİ