Kərbəla Xanım Zəhra (s.ə) mövluduna hazırlaşır - FOTO

Yayınlanma tarixi: 9.01.2023 12:11:43

Kərbəla Xanım Zəhra (s.ə) mövluduna hazırlaşır.

Kərbəlada Xanım Zəhranın (s.ə) mövlud günlərinə hazırlıq işləri başlayıb.

İslamazeri.com xəbər verir ki, bu barədə hərəmin "Facebook" səhifəsində paylaşım edilib.

Bu münasibətlə İmam Hüseyn (ə) hərəmində üzərində Xanım Zəhranın (s.ə) mübarək adı həkk olunmuş müxtəlif parçalar asılıb.

Qeyd edək ki, Cəmadius-sani ayının 20-si (Yanvarın 13-ü) Xanım Zəhranın (s.ə) mübarək mövlud günüdür.

GÜNÜN MANŞETLERİ