İmam Əli (ə) hərəminin İnzibati İşlər İdarəsinin İnformasiya Texnologiyaları Şöbəsi ziyarətçilərə pulsuz internet xidmətinin yayımlanması layihəsinə başlayıb.
İslamazeri.com xəbər verir ki, bu barədə bölmə rəsmisi Kərrar Əl-Cəvahiri məlumat verib.
Məlumata görə, xidmət ziyarətçilərə yarım saat ərzində şəbəkəyə qoşulmaq və "WhatsApp" istifadəsi, həmçinin ziyarətçilərdə elektron rezervasiya xidməti ilə yanaşı, Müqəddəs Hərəmin rəsmi saytları və proqramlarına baxmaq imkanı verir.