Finlandiya NATO-ya rəsmi üzv olub.
Türkiyə Finlandiyanın NATO üzvlüyünü təsdiq edən sənədi 1949-cu il Şimali Atlantika Müqaviləsinin himayədarı olan ABŞ-a təhvil verdikdən sonra Finlandiya NATO-nun 31-ci üzvü kimi Alyansa qoşulub.
İslamazeri.com xəbər verir ki, Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Antoni Blinken NATO-nun Belçikanın paytaxtı Brüsseldəki mənzil-qərargahında keçirilən Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində bir araya gəlib.
Görüşdə Türkiyə Finlandiyanın NATO-ya üzvlüyünü təsdiq edən sənədi 1949-cu il Şimali Atlantika Müqaviləsinin himayədarı olan ABŞ-a təhvil verib.
Daha sonra NATO-nun Baş katibi Yens Stoltenberq, ABŞ dövlət katibi Antoni Blinken və Finlandiyanın xarici işlər naziri Pekka Haavisto görüşüb.
Antoni Blinken Türkiyənin ratifikasiya sənədini ABŞ adından ona təhvil verdiyini bildirməkdən məmnun olduğunu bildirib.
Haavisto da ölkəsinin Şimali Atlantika Müqaviləsinə qoşulmasını dair Türkiyədən aldığı təsdiq sənədini Blinkenə çatdırıb.
Stoltenberq isə mövzuyla əlaqəli olaraq “Beləliklə, Finlandiyanı NATO-nun 31-ci üzvü elan edə bilərik” deyib.
Xatırladaq ki, Finlandiya İsveçlə birlikdə 2022-ci il mayın 18-də NATO-ya üzvlük üçün müraciət edib.
20 NATO ölkəsi Finlandiyanın ratifikasiya prosesini iyulda, 4-ü avqustda, 4-ü isə sentyabrda öz parlamentlərində tamamlayıb. Son olaraq martın 27-də Macarıstan parlamenti Finlandiyanın üzvlüyünü təsdiqləyib.
Martın 30-da Finlandiyanın NATO-ya üzvlüyü Türkiyə Böyük Millət Məclisi (TBMM) tərəfindən təsdiqlənib.
Rəsmi prosedur başa çatdıqdan sonra, 2023-cü il aprelin 4-də, NATO-nun yaradılmasının 74-cü ildönümündə Finlandiya rəsmi olaraq alyansa üzv oldu.