"Taliban" tərəfindən bir müddət əvvəl qaçırılan polis əməkdaşı 7 terrorçunu məhv edərək qaçmağa müvəffəq olub

İslamazeri.com xəbər verir ki, Əfqanıstanda "Taliban" tərəfindən bir müddət əvvəl qaçırılan polis əməkdaşı 18 terrorçunu yaralayıb, 7 terrorçunu məhv edərək qaçmağa müvəffəq olub.
Məlumata görə, bir müddət əvvəl qaçırılan polis əməkdaşı Aual Xan, onu oğurlayan terrorçulara ağır zərbə vuraraq, onların avtomobilində qaça bilib.
Bu haqda NDTV məlumat yayıb. Telekanal olayı belə nəql edir: "Çərşənbə günü "Taliban" qruplaşmasının üzvləri polis avtomobilinin qarşısını kəsərək bir polisi qətlə yetirib, birini isə oğurlamışdı. Bu oğurlanan polis zabiti, Aual Xan səhər saatlarında sübh namazı vaxtı fürsətdən istifadə edərək terrorçuların avtomat silahını ələ keçirib 7 terrorçunu məhv etmiş, 18 terrorçunu isə yaralayaraq, qruplaşmaya aid avtmobillə ərazidən qaçmağa müvəffəq olub."
Pakistanla sərhəd əyalət olan Paktikanın vali sözcüsü Məhəmməd Rəhman Ayaz da olayı təsdiq edərək, 7 terrorçunun öldürüldüyünü, 17-sinin isə yaralandığını önə çəkib.
"Franspress"in məlumatına görə, "Taliban" sözcüsü Zabihullah Mujahid faktı təsdiqləyib, lakin ölənlərin 3 nəfər olduğunu bildirib.
Filmləri xatırladan olay: Polis, 7 terrorçunu öldürüb əsirlikdən qaçdı