1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:06.02.2019 19:46:09

“Filippin müsəlman və xristianları birdir”

İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, Filippin müsəlman və xristianları, terrorçuların ölkədə yaşayan müxtəlif din nümayəndələri arasındakı sülhü poza bilməyəcəyini nümayiş etdirmək üçün olduqca qeyri-adi tədbir təşkil ediblər.

Müsəlman və xristian icmaları Keson-Siti şəhərində dua mitinqi keçirərək dini obyektlərə qarşı terror aktlarını pisləyiblər.

Xatırladaq ki, bu yaxınlarda Filippində 2 böyük terror aktı törədilib. Belə ki, Yanvarın 27-si Holo şəhərindəki kilsədəki partlayış nəticəsində 22 nəfər dünyasını dəyişib, Yanvarın 30-u Zamboanqa şəhərindəki məsciddə törədilmiş partlayış nəticəsində 2 nəfər həyatını itirib.

“Filippin müsəlman və xristianları birdir”, - deyə mitinqdə çıxış edən Filippin İmam Şurasının sədri Alim Səid Bəşir bildirib.


Filippində müsəlman və xristianlar birlikdə Allaha dua etdilər - SƏBƏB

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Prezident İlham Əliyev Əli Həsənovu işdən çıxardı
    Prezident İlham Əliyev Nazirlər Kabinetində kadr dəyişikliyi edib.
     21.10.2019
    Marneulinin İmam Hüseyn məscidində Ərbəin mərasimi - FOTO
    Ərbəin münasibətilə Marneulidə yerləşən İmam Hüseyn (ə) məscidində təşkil olunub
     21.10.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ