Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:21.05.2022 11:48:10

Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

İslamazeri.com Nazirliyə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 12 yanğına çıxış, 5 halda köməksiz vəziyyətdə qalma, 1 intihara cəhd və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 14 nəfər, o cümlədən Abşeron rayonu, Novxanı kəndi ərazisində özünü dənizə ataraq intihara cəhd edən 1 nəfər və Xaçmaz rayonunun Xudat şəhərində “Opel” markalı minik avtomobilinin ağaca çırpılması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalan 1 nəfər xilas edilib, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 7 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.


FHN: Ötən sutka 12 yanğına çıxış olub, 14 nəfər xilas edilib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Meymunçiçəyinin sağalma müddəti və müalicədə istifadə olunan dərmanlar açıqlanıb
    Meymunçiçəyi xəstəliyinin müalicəsində istifadə olunan dərman vasitələri və virusun müalicə müddəti açıqlanıb.
     1.07.2022
    Baş nazir Əli Əsədov İordaniya Senatının sədri ilə görüşüb
    Azərbaycanın Baş naziri Əli Əsədov İordaniya Krallığı Senatının sədri Faysal Al Fayez ilə görüşüb.
     1.07.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ