Bu barədə FHN-dən məlumat verilib.
Yanvarın 20-22-də Bakı İdman Sarayında Azərbaycan Milli Karate Federasiyası və Arpaçay karate klubunun təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteranlar arasında 7-ci “Arpachay Open” Beynəlxalq Karate Turniri keçirilib.
FHN-dən "İslamazeri.com"a verilən məlumata görə, turnirdə 6 ölkə (Azərbaycan, Rusiya, Küveyt, Qazaxıstan, Özbəkistan, Çexiya) olmaqla 650-dən çox idmançı mübraizə apararaq öz qüvvəsini sınayıb. Yarışda 30 idmançı ilə təmsil olunan FHN-nin İdman-sağlamlıq klubunun karate komandası məşqçi müəllimlər Coşqun Sadıqov, Bilal Məmmədov və Akif Kərimovun rəhbərliyi altında yüksək nəticələr əldə etməyi bacarıblar.
Belə ki, kumite yarışlarında qızlar və oğlanlar arasında müxtəlif yaş qruplarında mübarizə aparan FHN-in karate komandasının uşaq və yeniyetmələrdan ibarət idmançıları +40 kq çəki dərəcəsində Malik Məmmədli, -45 kq çəki dərəcəsində Sadiq Bağırov, -52 kq çəki dərəcəsində Əli Səfərov yarışın qızıl, -42 və -47 kq çəki dərəcələrində Fatma Hacıyeva, -40 kq çəki dərəcəsində Zeynal Məmmədzadə, -30 kq çəki dərəcəsində Nəzrin Şahməmmədli yarışın gümüş, -25 kq çəki dərəcəsində Ramal Şahməmmədli, -30 kq çəki dərəcəsində Sahil Nurəliyev, -61 kq çəki dərəcəsində Mədinə Baratzadə və +70 kq çəki dərəcəsində Əli Ramazanlı yarışın bürünc medalının sahibi olublar.
Bundan əlavə böyüklər arasında kumite yarışlarında -75 kq çəki dərəcəsində Nicat Kərimli, -84 kq çəki dərəcəsində Ehram Quliyev yarışın qızıl medalını qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. +84 kq çəki dərəcəsində Ehram Quliyev gümüş, -60 və + 60 kq çəki dərəcələrində isə Mərhəmət Qasımov yarışın bürünc medalına yiyələniblər. Turnirdə ümumilikdə FHN-in karate komandası 5 qızıl, 5 gümüş və 6 bürünc medal qazanmaqla yüksək nəticə əldə ediblər. Qaliblərə Arpaçay karate klubunun diplom və medalları təqdim olunub.
Yanvarın 24-də Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev turnirdə uğur qazanmış idmançılar ilə görüşərək onları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.
Qeyd edilib ki, FHN-in karate komandasının əsas məşqçisi ikiqat dünya çempionu, 8-ci dan qara kəmər sahibi, Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayevdir.