EURO 1,8952 TRY 0,2775
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:28.02.2019 12:00:35

FETÖ üzvlərinin gizli mesajlaşma proqramı ByLock haqqında maraqlı faktlar

İslamazeri.com xəbər verir ki, FETÖ üzvlərinin gizli mesajlaşması üçün istifadə olunan ByLock  proqramı hazırda Türkiyədə FETÖ-ya qarşı ittihamnamələrdə əsas dəlillərdən sayılır. Lakin bu proqramla bağlı istər Türkiyə içində, istər də Azərbaycanda geniş məlumatlar yoxdur. 

Kim tərəfindən qurulub?

 ByLock-un patenti ABŞ-da yaşayan David Kaynes adlı türk əsilli bir şəxsin əlindədir. O universitetdə oxuyarkən özünə məxsus bank kredit kartını onunla birlikdə kirayədə yaşadığı bir nəfərin xahişi ilə verdiyini və bu proqram üçün ilk addımın atıldığını bildirir. Kaynesin sözlərinə görə, Bylockun patenti hələ də ona məxsusdur. Kaynes bildirir ki, Partlend şəhərində "birlikdə yaşadığı" tələbə yoldaşı bu proqramı qurub sonra satacağını dediyi üçün bank kredit kartını ona verib.

Lakin proqramın adi tələbə tərəfindən deyil, Türkiyədə bir komanda tərəfindən qurulmasıyla bağlı da məlumatlar var.

Nə vaxt hazırlanıb və nə üçün istifadə olunurdu?

Türkiyəyə görə, Android ve iOS üçün proqram 2014-cü ildə hazırlanıb. Dekabr olaylarından sonra FETÖ üzvlərinə bu proqramdan istifadə etmək təlimatı verilib. Gizli mesajlaşma, danışıq, dosya göndərməsi, video və audio göndərmə...

Bylock necə deşifrə edildi və nə qədər şəxs istifadə edib?

FETÖ-ya qarşı əməliyyatlar zamanı terrorçuların gizli mesajlaşma və əlaqə yolları araşdırılarkən, bu proqram üzə çıxıb. MİT (Milli İstihbarat Təşkilatı) 2014-cü ildə Litvada olan serverinə sıza bilir və ancaq 2016-cı ildə şəxslərlə bağlı məlumatlar ələ keçirilir. İlk təsbitlərə görə, 18 milyon yazışma və 4 milyon e-maila girə bilirlər. Məlumata görə, 215 min nəfər proqramdan istifadə edib.

Bylock-u hardan endirmək olur?

ByLock, Jailbreak proqramlar cm olan saytlardan kompüterlərə endirmək olur. Apple Store və Google Play-da yoxdur. Bu yolla bir başa telefona endirmək mümkün deyil.

Necə aktiv olur?

Proqramın aktiv olması üçün FETÖ üzvü birinin kod göndərməsi lazımdır. Kömpüterlərə endirilib aktiv olunan proqram, daha sonra telefona yüklənir.

Proqram şəxslərin icazəsi olmadan endirmək olurmu, bu proqramdan istifadə edən hər kəs cinayətə cəlb olunur?

ByLock, kömpüterlərə yükləndikdən sonra telefona yüklənərək kod vasitəsilə aktiv olur. Buna görə, şəxslərin icazəsi olmadan üzv olmaq mümkün deyil. Türkiyə güc strukturları bu proqramı istifadə edənləri 3 kateqoriyaya bölür. Bu səbəbdən 3 dəfədən az istifadə edənlər haqqında cinayət işi açılmır.

İz buraxmırmı?

Saxta sənədlərlə alınan nömrələrdə həqiqi şəxslər olmur. Həmçinin Bylock-dan kömpüterlərə yüklənən İP-lərlə proqram iz buraxa bilir. Bylock yükləyənlər arasında yükləyən-istifadə edənlər arasında fərqləndirmə edilir. Dolayısı ilə bu yolla siyahıdan təsbit edilən şəxslərin FETÖ üzvü olub-olmadığı məlum olur.

ByLokc tam deşifrə edildimi?

Hazırda aparılan araşdırmalarda 18 milyon yazışma deşifrə olunub. Onlardan 1 milyon yazışma isə kriptolandığı məlumdur.

FETÖ terror qruplaşmasının yalnız bu proqramı mövcud olub?

Məlumata görə,  CoverMe, Kakao Talk və Eagle kimi proqramlar artıq deşifrə olunub. Yeni proqram Falcon isə çox güclü olduğundan tam deşifrə edilməyib. Belə ki, tutulan şəxsin telefonu Türk güc strukturlarının əlinə keçən kimi kənardan proqrama müdaxilə edilir və "özünüsilmə" və ya "qıraqdan silmə" özəlliyilə proqramdakı yazışma və sənəd dosyaları silinir.


FETÖ üzvlərinin gizli mesajlaşma proqramı ByLock - Kim qurdu, nə qədər şəxs istifadə edib?

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • ABŞ Rusiyadan İrana
    ABŞ-lı rəsmi Rusiyaya İranla bağlı çağırış edib.
     23.05.2019
    Suriya ordusu vəhabilərin “belini qırmağa” hazırlaşır
    “Suriya ordusu çağırış mesajlı çox sayda kağız səpib”
     23.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ