Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:29.03.2019 01:53:07

"Müsəlmanlar Həzrət Məhəmmədin (s) həyat tərzini özlərinə nümunə götürmürlər"

"Peyğəmbərin(s) bənzərsiz və uca məqamını azca da olsa dərk etmək üçün Allahın Həzrət Məhəmmədi(s) bütün bəşəriyyət üçün nümunə qərar verməsini dərk etmək kifayətdir. Bu səbəbdən həm dünyada, həm də axirətdə əbədi səadəti istəyən, şeytanın tələ və günah burulğanına düşmək istəməyən insan, ilahi əmrə itaət edərək Həzrəti Məhəmmədin(s) həyat tərzini ən ideal nümunə kimi qəbul etməlidir.

Fərdi və ictimai həyatı Peyğəmbərin(s) həyat tərzindən nümunə götürərək tövhid yolunda irəliləmək, Allaha itaət etmək gərəklidir. O uca şəxsiyyətin əmrlərinə müxalif olmaq isə Allaha meydan oxumaqdır. Peyğəmbər(s) ilahi rəngi ən gözəl şəkildə əks etdirən və tövhid məktəbində yetişmiş ən kamil insandır.

İman, təqva, ana və ataya hörmət, gözəl əxlaq, ailə və uşaqlara şəfqət göstərmək, insanların haqqına düzgünlüyə riayət etmək, Allah ilə mənəvi əlaqə qurmağın ən kamil nümunəsi həzrəti peyğəmbərdir.

Təəssüf ki, bu gün ictimai bədbəxtliklərin və əxlaqi çöküntülərin səbəbi insanların ən gözəl örnəkdən uzaqlaşmasıdır. Peyğəmbərin həyat tərzinə çatmağın xeyirlərindən biri, insanın dost və düşmənini tanımaması, bəzən də əksinə dostuna deyil, düşməninə mərhəmət göstərməsidir.

Peyğəmbərsiz yaşam tərzinin pis olma səbəblərindən digər isə toplumların Əhli-Beyt (Əli, Fatimə, Həsən və Hüseynin(ə)) kimi xəzinə dolu haqdan uzaq olub, itməsidir".

- Höccətül-İslam Həmtayan Peyğəmbərimizin(s) vəfatı və İmam Həsənin(ə) şəhadət günü münasibətilə keçirilən anım proqramında çıxışı

İslamazeri.com


“Fərdi və ictimai həyatı Peyğəmbərin (s) həyat tərzindən nümunə götürək”

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İbrahim Rəisi: İran, Azərbaycan və Türkiyənin yaxın münasibətləri əhəmiyyət kəsb edir
    "İran İslam Respublikası, Azərbaycan və Türkiyənin yaxın münasibətləri və əməkdaşlıqları əhəmiyyət kəsb edir."
     28.11.2021
    İlham Əliyev: Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib
    "Ötən 18 il ərzində Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib. Ölkədə işsizlik təqribən 6 faiz səviyyəsindədir."
     28.11.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ