1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:21.05.2019 06:49:36

Faizsiz banklar vəsaitlərdən hansı üsullarla istifadə edərək gəlir əldə edirlər

Faizsiz banklar müxtəlif yollarla cəlb etdikləri vəsaitləri müxtəlif yollarla istifadə edirlər. 
Müasir dövrümüzdə faizsiz bankların yerinə yetirdikləri aktiv əməliyyatlar 2 əsas qrupa bölünür:
- 1-ci qrup metodlar - Əsas üsullar (Core modes);
- 2-ci qrup metodlar -Kənar üsullar (Marginal modes).

1-ci qrup metodlar, yəni əsas üsullar(core modes) investisiyada şəriklilik prinsipinə əsaslanır. 
Yəni, layihənin maliyyələşdirilməsində iştirak payına uyğun olaraq, nəticədə əldə olunan gəlir və yaxud meydana gələn zərər də həmin nisbətdə bank və müştəri arasında bölünür. 
Bu qrupa daxildir:
Mudaribə;
Müşarəqə;
Müzarə;
Muzəqat;
- Birbaşa investisiya (Direct investment).

Mudaribə(Mənfəət – zərər şərikliyi)
Mudaribə metodu investisiya hesabına yığılan vəsaitin idarə edilməsinə əsaslanır.
Müştəri öz bilik və enerjisini, bank isə sərmayəni ortaya qoyur. 
Müştəri “mudarib”, bank isə “rabbul mal” adlanır. 
Bank müştəri ilə müqavilə imzaladıqdan sonra müştərinin tələb etdiyi vəsaiti ona təqdim etməlidir. Müqavilədə göstərilənlərdən başqa bank müştərinin heç bir işinə qarışa bilməz. Amma, plansız və səhlənkar iş rejimilə əlaqədar zərərə getməni müşahidə etsə müəyyən müdaxilələr göstərə bilər. 
Əldə olunan mənfəət müştəri ilə bank arasında əvvəlcədən müəyyən edilmiş nisbətdə bölünür. Zərər olacağı təqdirdə bunu bank qarşılayır. Amma, burada müştərinin hər hansı bir səhfi və ya müqavilə şərtlərinə zidd hərəkəti olmamalıdır. Əks təqdirdə bank bunu qanunla müştəriyə ödətdirə bilər.

Mudaribənin əsas xüsusiyyətləri aşağıdakılardır: 
.Sərmayə sahibi ilə əməyini və təcrübəsini ortaya qoyan adam mənfəətə şərikdir;
.Mudaribin payı yalnız mənfəətdən ödənilir. Yalnız əsas məbləğdən və ya əsas məbləğlə mənfəətin birgə dəyərinin müəyyən hissəsindən ödənilə bilməz;
.Mənfəət payı gəlirləri əvvəlcədən məlum olmur, sadəcə əldə olunan mənfəətin hansı nisbətdə bölünəcəyi məlumdur;
.Zərər tamamilə sərmayədara aiddir;
.Sərmayə öz sahibi tərəfindən deyil, ikinci bir şəxs tərəfindən idarə olunur;
.Sərmayədar isə yalnız nəzarət və yoxlama hüququna malikdir.

Mudaribə metodunun iki növü vardır:
1. Xüsusi mudaribə; (Məhdud müdaribə də deyilir)
2. Müştərək (şərikli) mudaribə. (Məhdudiyyətsiz və yaxud mütləq müdaribə də deyilir)

Xüsusi mudaribə;
Xüsusi mudaribə metodunda iki tərəf iştirak edir. Bu zaman birinci tərəf, yəni, vəsait sahibi (rabbü’l - mal) bir və yaxud bir neçə fiziki və hüquqi şəxs ola bilər. Vəsaitin işə yönəldən (mudarib) isə faizsiz bankdır. Vəsait sahibi bu pulun istifadəsində bəzi şərtlər və məhdudiyyətlər qoya bilər. Yəni, konkret bir yerdə istifadə olunmasını, konkret sahələrə qoyulmasını və s. tapşıra bilər. Bank bunlara riayət etməlidir.
Vəsait istifadə olunduqdan sonra əldə olunan mənfəət öncədən razılaşdırıldığı kimi tərəflər arasında bölüşdürülür. Nə mənfəət, nə də zərər alındıqda pul geri qaytarılır və müqavilə pozulur. Zərər halında isə vəsait sahibi bu zərərə məruz qalır. Bank heç bir maddi ziyana uğramır. Əlbəttə ki, əgər bu uğursuzluqda bankın hər hansı bir qəsdi və yaxud məsuliyyətsizliyi səbəbkardırsa, onda zərəri bank ödəməli olur.

Müştərək (şərikli) mudaribə;
Müştərək (şərikli) mudaribədə zaman, yer, ticaret növü və alış-veriş edən şəxsləri müəyyən etməkdə heç bir məhdudiyyət qoyulmur. 
Müştərək mudarəbə üsulunda bank topladığı vəsaiti özü istifadə etməyərək, istifadə üçün üçüncü bir şəxsə etibar edir. Bu zaman faizsiz bank iki dəfə mudaraba müqaviləsi bağlayır. Birinci müqaviləyə əsasən vəsait sahiblərindən vəsait toplayır, ikinci dəfə isə təşəbbüskarla mudaraba müqaviləsi imzalayaraq topladığı vəsaitləri işə yönləndirir. Bu üçüncü tərəfin iştirakına görə bu müqavilələrə ikitərəfli mudaraba, üçtərəfli mudaraba və ya çoxtərəfli mudaraba da deyilir.
Bu zaman faizsiz bank həm mudarib, həm də rabbü’l – mal rolunda çıxış edir. Çünki o həm vəsaiti istifadə etmək adı ilə qəbul edir, həm də onu istifadə etmək üçün bir başqasına verir. Lakin, bu vəsaitin sahibi bank olmadığına görə ona daha çox birinci mudarib deyirlər. Rabbü’l – mal isə vəsaitini birinci mudaraba müqaviləsi ilə banka qoyan tərəf hesab olunur. Bu zaman bank vəsaiti üçüncü bir şəxsə etibar etdiyinə görə zərər alınacağı təqdirdə məsuliyyəti də öz üzərinə götürmüş olur (əgər obyektiv səbəbdəndirsə). Yəni, vəsaitin əsas hissəsinin tam qorunulmasına zəmanət verir. Ona görə də mudarabanın bu növü daha çox əlverişli sayılır. Mənfəətlə zərər bərabər olduqda müqavilə pozulur. Mənfəət alındıqda isə əvvəlcədən razılaşdırılmış nisbətdə bölünür.
İstedadlı və bacarıqlı insanlar, əmin və inamlı olduqda faizsiz banklardan mudaraba üsuluyla vəsait ala bilərlər. Mudaraba üsulu daha çox ticarətin maliyyələşdirilməsində istifadə edilir. Bu daxili və xarici ticarət ola bilər. 
Bank zərər ehtimallarını aradan qaldırmaq və ya minimuma endirmək üçün lazımi tədbirləri görür. Yəni, öz lahiyəsi ilə banka müraciət edən müştərinin bu layihəsini hərtərəfli tədqiq və analiz edir. Lahiyənin uyğun və gəlirli olduğunu görərsə ona istifadə üçün sərmayə ayırır. Zərərli və pis yerlərə xərcləmə ehtimalına qarşı bank müştərisindən alqı-satqı işlərinin dəqiq şəkildə hesabının aparılmasını istəyə bilər.
Həmçinin, müştərilərin zərərə işləmələri ehtimalını aradan qaldırmaq üçün gözlənilən miqdarda mənfəət əldə edə bilməyən adamların fonddan istifadəsinə qadağa qoya bilər.

(ardı var )

Royal İmanli / İslamazeri.com-un arxivindən


Faizsiz bankların mənfəət üsulları : Müdaribə metodu

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Cəlilabadda nəzir qutusundan oğurluq edən şəxs saxlanılıb
    Cəlilabad Rayon Polis Şöbəsinə iyunun 22-nə keçən gecə Maşlıq kəndi ərazisindəki məscidin həyətindəki nəzir qutusundan 150 manat pulun oğurlanması barədə məlumat daxil olub.
     26.06.2019
    Tbilisidə daha 51 etirazçı həbsdən azad olunub
    Tbilisidə iyunun 20-si və 21-də Gürcüstan parlamentinin binası qarşısında keçirilən aksiya zamanı saxlanılan daha 51 şəxs azadlığa buraxılıb
     26.06.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ