“Bir çox dövlətlərdə olmuşam. Bu gün Ermənistanın arxalandığı əsas məsələlərdən biri xristianlıqdır. Onu müdafiə edən Fransa kimi dövlətlər xristianlığı təbliğ edir. Biz türk dövlətləri də bir-birimizə arxa olmalıyıq”.
İslamazeri.com xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini liderlərinin 3-cü görüşündə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu gün siyasətçilərin də din xadimlərinə ehtiyacı var:
“Ona görə də biz dini lidelər öz dövlət başçımıza dayaq olmalıyıq”.