Ermənistan sərhədə əlavə şəxsi heyət və artilleriya qurğuları cəmləşdirir

Ermənistan sərhədə əlavə şəxsi heyət və artilleriya qurğuları cəmləşdirir
Yayınlanma tarixi: 17.10.2022 13:38:33

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Oktyabrın 16-sı günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Daşkəsən istiqamətində yerləşən bölmələri ilə üzbəüz mövqelərinə hərbi nəqliyyat vasitələri ilə əlavə şəxsi heyət və 4 ədəd artilleriya qurğusunu cəmləşdirməsi tərəfimizdən müşahidə edilib.

Bu barədə "İslamazeri.com"a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, bölgədə yarana biləcək gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

GÜNÜN MANŞETLERİ