1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:11.02.2019 10:01:03

Tiflisdəki Ermənistan səfirliyinin hasarına Mübariz İbrahimovun böyük posterləri vurulub.

Gürcüstanda yaşayan soydaşlarımız bu ölkədə Xocalı soyqırımının iştirakçısı, Qarabağda mülki əhalini qətlə yetirən erməni terrorçu Mixail Avaqyanın büstünün qoyulmasına Mübariz İbrahimovun adı ilə cavab veriblər.

Axar.az-a daxil olan məlumatda bildirilir ki, soydaşlarımız Milli Qəhrəman Mübariz İbrahimovun böyük plakatlarını Tiflis şəhərindəki məşhur Sülh körpüsünün üstündən asıblar.

Həmçinin, Tiflisdəki Ermənistan səfirliyinin hasarına Mübariz İbrahimovun böyük posterləri vurulub.

Hadisənin 4 fevral səhər saatlarında olduğu qeyd edilib.

Xatırladaq ki, 20 yanvar 2019-cu ildə Gürcüstanın Axalkalaki rayonunun Buqaşen kəndində Abxaziya və Qarabağın işğalında iştirak etmiş, Xocalı soyqırımını törədən cinayətkarlardan olan separatcı Mixail Avaqyana abidə ucaldılıb. Bu addım soydaşlarımızın ciddi etirazına səbəb olub.


Ermənistan səfirliyinə Mübarizin posteri asıldı - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Yusif Məmmədov peşakar rinqdə Asiya çempionunu məğlub etdi - VİDEO
    Yusif Məmmədov peşəkar döyüş rinqlərində ölkəmizi təmsil etməkdədir.
     07.12.2019
    Azərbaycan nefti bahalaşmaqda davam edir
    Azərbaycan neftinin bu günə olan qiyməti haqqında məlumat.
     07.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ