EURO 1,8968 TRY 0,2935
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:01.05.2018 02:51:23

Ermənistan Milli Məclisinin mayın 1-nə təyin olunmuş xüsusi iclasında Baş nazir seçkiləri keçirilməlidir.

Ermənistan Milli Məclisinin mayın 1-nə təyin olunmuş xüsusi iclasında Baş nazir seçkiləri keçirilməlidir. Yeganə namizəd Sarkisyan hakimiyyətinin istefası tələbilə etiraz aksiyalarının lideri, müxalif "Yelk" (Çıxış) parlament fraksiyasının rəhbəri Nikol Paşinyandır. Islamazeri.com BBC Azərbaycancaya istinadən xəbə verir. Xəbərə görə, fraksiyalar öz namizədlərini bu axşam saat 18-ə kimi təklif edilə bilər, lakin üç saat qalmış hələlik heç bir fraksiya namizəd irəli sürməyib. 

Təxminən üç həftə Nikol Paşinyanın rəhbərliyi ilə Serj Sarkisyanın Baş nazir vəzifəsindən və hakim Ermənistan Respublikaçılar Partiyasının (ERP) hakimiyyətdən kənar edilməsi tələbilə etiraz aksiyalarına qatılan yüz minlərlə insan etiraz hərəkatı liderini baş nazir vəzifəsində görmək istəyir.

Lakin Nikol Paşinyanın Baş nazir vəzifəsinə seçilməsi üçün parlament üzvlərinin 50 faizi+1 - 53 səs lazımdır.

Tək Paşinyanın rəhbərlik etdiyi "Yelk" fraksiyasında 9 millət vəkili təmsil olunur.

Sayca ikinci (31 millət vəkili olan) "Tsarukyan bloku" parlament fraksiyasının rəhbəri Qaqik Tsarukyan bəyan edib ki, blok "xalqın namizədini" dəstəkləyir və ona da səs verəcək.

ERP ilə təşkil etdiyi koalisiyanı ötən həftə tərk etmiş Daşnaksutyun Erməni İnqilabi Federasiya fraksiyası da Paşinyana 7 səs verə bilər.

Hətta bu halda Paşinyanın Baş nazir vəzifəsinə seçilməsi üçün ən azı daha 6 səs çatışmır.

 

Paşinyan çatışmayan səslərin 58 nəfərdən ibarət Respublikaçılar fraksiyasından alacağına ümid edir.

"Çox güman ki, hakim ERP fraksiyasının bir sıra üzvləri mayın 1-də xalq namizədinin Baş nazir seçilməsinə səs verər", - bazar günü mitinqdə etiraz hərəkatının lideri bəyan edib.

Hələlik rəsmən hakim fraksiya statusunda olan respublikaçılar namizəd irəli sürməyib, lakin etiraz hərəkatı lideri Nikol Paşinyanla görüşdən sonra fraksiyanın sədri Vahram Bağdasaryan bəyan edib ki, ERP "xalq namizədi"nin baş nazir seçilməsinə maneə törətməyəcək.

Paşinyan Milli Məclis fraksiyaları ilə görüşmək üçün tərəfdarlarını bu gün ərzində kütləvi etiraz aksiyalarını saat 17-dək dayandırmağa çağırıb. Parlamentdə görüşlərdən sonra Paşinyan Yerevanın Şenqavit rayonunda Qaregin Njde meydanında toplaşan tərəfdarları ilə Respublika meydanına axşam mitinqinə yollana bilər.


Ermənistan parlamenti sabah Baş nazir seçməlidir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Həsən Ruhani Bakıya rəsmi səfərə gələcək
    İran prezidenti Həsən Ruhani və bu ölkənin xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycan Respublikasına rəsmi səfərə gələcəklər.
     21.10.2019
    Bu il Azərbaycanda 34 dini icma dövlət qeydiyyatına alınıb
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) bu ilin 9 ayında dövlət qeydiyyatına alınan dini icmaların statistikasını açıqlayıb.
     21.10.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ