Ermənilər Kəlbəcər və Naxçıvanı atəşə tutub

Ermənilər Kəlbəcər və Naxçıvanı atəşə tutub
Yayınlanma tarixi: 7/19/2023 11:25:56 AM

Ermənilər Kəlbəcər və Naxçıvanı atəşə tutub.

İyulun 18-i saat 21:15 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

İslamazeri..com xəbər verir ki, Müdafiə Nazirliyindən verilən xəbərə görə, ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Bundan başqa, iyulun 19-u saat 00:40-dan 01:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu, Basarkeçər rayonunun Yuxarı Şorca və Qafan rayonunun Acıbac yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu, Mollabayramlı və Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Boyəhməd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.

GÜNÜN MANŞETLERİ

Beynol Hərəmeyn haqqında İnfoVideo
DİN / MÖVLUDLAR

Beynol Hərəmeyn haqqında İnfoVideo

1/23/2026 2:05:22 PM
İsrailin atəşkəsdən sonra da Qəzzaya hücumları davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailin atəşkəsdən sonra da Qəzzaya hücumları davam edir

1/23/2026 1:25:45 PM