Epstein sənədləri YENİDƏN GÜNDƏMDƏ

Epstein sənədləri YENİDƏN GÜNDƏMDƏ
Yayınlanma tarixi: 2/2/2026 1:54:37 PM

“Epstein sənədləri” adı ilə tanınan materialların yenidən gündəmə gəlməsi beynəlxalq mediada və siyasi dairələrdə geniş rezonans doğurdu

İslamazeri.com xəbər verir ki, ABŞ-da yeniyetmə və gənclərə qarşı cinsi istismar ittihamları ilə tanınan maliyyəçi Jeffrey Epstein-lə bağlı açıqlanan yeni sənədlər beynəlxalq aləmdə geniş rezonans doğurub. Sənədlərdə yeni adların yer alması bir sıra ölkələrdə siyasi və ictimai reaksiyalara, təkziblərə və istefalara səbəb olub.

ABŞ Konqresinin Nümayəndələr Palatasının Nəzarət Komitəsinin üzvü, Demokrat Partiyasından olan Robert Garcia sənədlərin tam şəkildə açıqlanmamasını tənqid edərək, bütün materialların ictimaiyyətə təqdim edilməsini tələb edib. Digər demokrat konqresmen Aleksandriya Okasio-Kortez də sənədlərin yalnız məhdud hissəsinin dərc olunduğunu bildirib və şəffaflığın təmin olunmasını istəyib.

Sosial şəbəkələrdə mövzuya münasibət bildirən amerikalı iş adamı Elon Musk açıqlanan sənədlərin parçalı xarakter daşıdığını qeyd edib və real nəticələr üçün hüquqi addımların vacibliyini vurğulayıb.

Yeni sənədlərdə adı hallanan şəxslərdən bəziləri mediaya açıqlamalar verərək iddiaları təkzib ediblər. Böyük Britaniya kral ailəsi ilə bağlı bəzi iddialar da gündəmə gəlib, lakin rəsmi mənbələr bu məlumatların məhkəmə baxımından təsdiqlənmədiyini bildiriblər.

Avropada isə sənədlərdə adının çəkilməsi fonunda Slovakiyadan olan bir diplomat vəzifəsindən istefa verdiyini açıqlayıb. Hökumət rəsmiləri istefanın ictimai etimadın qorunması məqsədi daşıdığını bildiriblər.

Epstein işi ilə bağlı adı çəkilən digər tanınmış şəxslərin nümayəndələri də mediaya açıqlamalar verərək, sənədlərdə yer alan bəzi iddiaların əsassız olduğunu bildiriblər və bu məlumatların hüquqi məsuliyyət yaratmadığını vurğulayıblar.

Qeyd edək ki, Jeffrey Epstein 2019-cu ildə ABŞ-da həbsdə olarkən ölü tapılıb. Onun fəaliyyəti və əlaqələri ilə bağlı sənədlər hələ də müxtəlif ölkələrdə siyasi və ictimai müzakirələrin mövzusu olaraq qalır. Bill Klintonun 2000-ci illərdə Epstein ilə sıx əlaqələri olduğu iddia edilir. Klinton onun şəxsi təyyarəsindən istifadə etsə də, cinayətlərdən xəbərsiz olduğunu bildirir.

Donald Tramp isə 1990-cı illərdə Epstein ilə tanış olub və hətta onu bir dəfə “əla bir insan” adlandırıb. Lakin Tramp, 2000-ci illərin ortalarında bu dostluğun bitdiyini iddia edir.

Epstein nədə ittiham olunurdu?

Azyaşlılara qarşı cinsi istismar: Epstein, 14–17 yaş arası qızları cinsi istismara məruz qoymaqda və onları fahişəliyə cəlb etməkdə ittiham olunurdu.

Seks alveri və insan ticarəti: 2019-cu ildə federal səviyyədə azyaşlı qızların seks alveri və bu məqsədlə şəbəkə qurmaq ittihamları ilə həbs olunmuşdu.

Fahişəliyə təşviq: 2008-ci ildə Florida ştatında azyaşlı bir şəxsi fahişəliyə təşviq etmək ittihamını qəbul etmiş və cəmi 13 ay həbsdə qalmışdı.

Şantaj iddiaları: Mahkəmə sənədlərində Epstein-in tanınmış şəxslərə qarşı şantaj məqsədilə məlumat topladığı da iddia olunurdu.

GÜNÜN MANŞETLERİ