EURO 1,9349 NEFT 56,5
USD 1,7 RUB 0,0253
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:03.10.2018 17:15:16

Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri, baş memar Rüstəmli Əli Xasay oğlu vəzifəsindən azad olunub.

Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri, baş memar Rüstəmli Əli Xasay oğlu vəzifəsindən azad olunub.

İslamazeri.com "Report"a istinadən xəbər verir ki, bununla bağlı şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov əmr imzalayıb. Həmin şöbənin baş məsləhətçisi Binnətov Natiq Şaməddin oğlu da vəzifəsindən çıxarılıb.

Bundan başqa, icra hakimiyyətinin Vətəndaşların qəbulu və müraciətləri ilə iş sektorunun müdiri Niyazova Lyudmila Zeynal qızı və İstehsal və xidmət sahələri sektorunun müdiri Məmmədov Azər Vilayət oğlu da işdən çıxarılıb. Şəhər təsərrüfatı şöbəsinin baş məsləhətçisi Məlikov Yusif Tofiq oğlu, Hüquq şöbəsinin məsləhətçisi Hüseynov Anar İsmayıl oğlu, Mühasibatlıq şöbəsinin aparıcı məsləhətçisi İsmayılova Səbinə İslam qızı vəzifəsindən azad edilib.

İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nağıyeva Şövkət Mirşahin qızı vəzifəsindən azad edilərək Mühasibatlıq şöbəsinin aparıcı məsləhətçi vəzifəsinə təyinat alıb.

Xatırladaq ki, avqustun 28-də prezident İlham Əliyevin sərəncamı ilə Elmar Vəliyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Digər sərəncamla Niyazi Bayramov şəhər icra hakimiyyətinin başçısı təyin olunub.


Elmar Vəliyevin 8 kadrı işdən çıxarıldı - SİYAHI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Harrazi: Avropadan SPV üçün əməli addım gözləyirik
    İranın Xarici Əlaqələr Şurasının sədri Kamal Harrazi Avropadan maliyyə mexanizması olan SPV haqqında əməli addım atmasını gözlədiklərini bildirib.
     19.12.2018
    DYP sürücülərə müraciət etdi
    Bunu Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
     19.12.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ