EURO 1,8595 TRY 0,2543
USD 1,7 RUB 0,0229
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TEXNOLOGİYA

Kateqoriya : XƏBƏRLƏR

TEXNOLOGİYA

Yayınlanma tarixi:11.12.2019 09:07:01

Kanadanın Britaniya Kolumbiyası əyalətində dünyada ilk dəfə tamamilə elektrik enerjisi ilə işləyən təyyarə səmaya qalxıb.

Kanadanın Britaniya Kolumbiyası əyalətində dünyada ilk dəfə tamamilə elektrik enerjisi ilə işləyən təyyarə səmaya qalxıb.

İslamazeri.com “Report”a istinadən xəbər verir ki, bu barədə “Harbour Air Seaplanes” şirkəti məlumat yayıb.

Qeyd edilir ki, uçuş Şimali Amerikada ən böyük hidroplanların istehsalı üzrə aviaşirkət “Harbour Air”ın və “elektrik aviasiyası sahəsində inqilab" etmiş “MagniX” şirkətlərinin birgə fəaliyyəti sayəsində mümkün olub. Hava maşını hələlik ticarət məqsədi ilə istismara buraxılıb.

"(Şirkətlər - red) ...bu gün dünyada tamamilə elektriklə işləyən ilk ticarət təyyarəsinin müvəffəqiyyətli uçuşunu elan ediblər. Bu gün səhər Riçmondda (Kanada şəhəri - red.) “Havilland Canada DHC-2 Beaver”markalı təyyarəsinin müvəffəqiyyətli uçuşu reallaşıb”, - deyə xəbərdə bildirilib.

Təyyarənin mühərriki 750 at gücünə malikdir.

“Bu tarix aviasiyada üçüncü eranın – elektrikin başlanğıcı kimi əlamətdardır", - xəbərdə qeyd edilir.

Təyyarəni “Harbour Air” şirkətinin baş direktoru və banisi Qreq Makduqall idarə edib. 


Elektrik aviasiyası sahəsində inqilab - təyyarə səmaya qalxdı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Türkiyədə koronavirusa yoluxanların sayı 42282 oldu
    Türkiyədə yeni növ koronavirusdan ölüm sayı 908-ə çatıb
     10.04.2020
    MDB məkanında koronavirusdan ölüm halları dünya ilə müqayisədə 5 dəfə aşağıdır
    MDB ölkələrində, o cümlədən Ukrayna və Gürcüstanda yeni növ koronavirusa yoluxma hallarının ümumi sayı 18,5 min nəfəri keçib.
     10.04.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ