EURO 1,8883 TRY 0,2957
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:20.11.2019 10:03:30

Noyabrın 19-da Müsəlman Birliyi Hərəkatın sədr müavini Elçin Qasımov Daxili İşlər Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə (BMCQMİ) çağırılıb.

Noyabrın 19-da Müsəlman Birliyi Hərəkatın sədr müavini Elçin Qasımov Daxili İşlər Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə (BMCQMİ) çağırılıb.

Bu barədə "Turan" İA-ya Qasımovun özü məlumat verib. Onun sözlərinə görə, çağırışın səbəbləri haqqında heç bir məlumatı yoxdur. "Zəng vurub çağırıblar. Səbəb barədə bir söz deyilmədi. Hazırda idarəyə gedirəm", - deyə Qasımov bildirib.

Daha sonra məlum olub ki, Elçin Qasımov qurumun Nardaran hadisələrinin ildönümü ilə bağlı qapalı tədbirin keçirilməsi ilə bağlı xəbərdarlıq alıb.

Bu barədə "Turan"a Qasımovun özü məlumat verib. "Bu gün Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə dəvət olunmuşdum. Orada mənə noyabrın 26-a planlaşdırılan tədbirlə bağlı xəbərdarlıq etdilər. Dedilər ki, tədbir keçirilsə müdaxilə olunacaq", - deyə Qasımov bildirib.

Elçin Qasımov Nardaran hadisələri ilə bağlı 2015-ci ilin noyabrın 5-də həbs edilib. O, əvvəl inzibati qaydada 30 sutka müddətinə həbs olunmuşdu. Həbs müddəti zamanı ona qarşı cinayət işi açıldı. 2017-ci ilin dekabrın 28-də E.Qasımov Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 278, 279.1, 281.2, 283.2.3, 320.1, 320.2, 221.2.2 ve 315.1-ci maddələr üzrə təqsirli bilinərək 16 il azadlıqdan məhrum olunub.

2019-cu ilin mart ayında əfv fərmanı ilə azadlığa buraxılıb.


Elçin Qasımov “Bandotdel”ə çağırılaraq ona Nardaran hadisələrilə bağlı xəbərdarlıq edilib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Tehranın İmam Cüməsi iğtişaşlarda günahsız ölənlərə
    Tehranın bu həftəki İmam cüməsi Höccətülislam Seyid Məhəmməd Həsən Əbutorabifərd olub
     06.12.2019
    ABŞ Hərbi Hava Bazasında atışma; Səudiyyəli kursant...
    Eskambiya mahalının polis idarəsinin məlumatında hücumçunun öldüyü bildirilib.
     06.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ