İranın tibbi ekspertiza təşkilatı dünən yaydığı bəyanatda Məhsa Əmininin vəfatının səbəbini beyin hipoksiyası, yəni beyinə oksigenin çatmaması ilə əlaqələndirib
İslamazeri.com xəbər verir ki, İran mediasında çıxan məlumata görə, İranın tibbi ekspertiza təşkilatı yaydığı bəyanatda Məhsa Əmininin vəfatının səbəbini beyin hipoksiyası, yəni beyinə oksigenin çatmaması ilə əlaqələndirib.
Məlumatda deyilir ki, xəstəxana-tibb sənədlərinə, beyin və ağ ciyərlər üzrə kompüter tomoqrafiyasına, cəsədin zahiri müayinəsi və meyitin yarılmasına, həmçinin patoloji analizlərə istinadla, adı hallanan şəxsin beyinə oksigen çatmamasına görədir və baş - bədəndə zərbə yerləri aşkarlanmayıb.
Bəyanatda sonra deyilir: "Təcili yardım işçilərinin bərpa əməliyyatı, həyata keçirilmiş tənəffüs dəstəyi kəsərli olmayıb və Məhsa Əmininin xəstəxanaya köçürülməsi və Kəsra xəstəxanasının müalicə kadrının zəhmətlərinə rəğmən, xəstə beyin hipoksiyasından irəli gələn bir neçə orqandakı çatışmazlıq səbəbindən, on altı sentyabr iki min iyirmi ikinci il tarixində vəfat edib."
Qeyd edək ki, İran polisi 22 sentyabrda Məhsa Əminin vəziyyətinin pisləşməsilə bağlı video yaymışdı.
Sözügedən VİDEO