Edam olunan casus nazir müavini olmayıb - İran MN

Edam olunan casus nazir müavini olmayıb - İran MN
Yayınlanma tarixi: 17.01.2023 19:10:33

İran MN Britaniya lehinə casusluq etdiyinə görə edam olunan Əlirza Əkbərinin müdafiə nazirinin müavini olması xəbərini təkzib edib.

İslamazeri.com xəbər verir ki, İranın Müdafiə Nazirliyi Əlirza Əkbərinin müdafiə nazirinin müavini olması xəbərini təkzib edib.

Məlumat görə, nazirlik qeyd edib ki, Britaniyaya casusluq edən və edam edilən Əkbəri Müdafiə Tədqiqatları Bürosunun rəhbəri olub və nazirlikdən də təqaüd alıb.

Daha öncə rəsmi məlumatda qeyd olunurdu ki,  Britaniya kəşfiyyat xidmətinin İrandakı gizli və strateji mərkəzlərindəki mühüm agentlərindən biri ifşa edilib. O, uzunmüddətli və çoxpilləli əks-kəşfiyyat əməliyyatından sonra həbs edilib.

İran kəşfiyyatından bildirilib ki, Əkbərinin İranın bir sıra gizli məlumatlarına çıxışı olub, o, bu məlumatlar, həmçinin əldə edilən digər məlumatları Birləşmiş Krallığın xüsusi xidmət orqanlarına ötürüb.

Əlirza Əkbəri casusluq müqabilində 1 milyon 805 min avro, 265 min İngilis funtu  və 50 min ABŞ dolları əldə etdiyi də istintaqa məlum olub.

Qeyd edək ki, İranda bəzi sosial şəbəkə istifadəçiləri, həmçinin Rusiya mediası edam olunan Ə.Əkbərinin İranın müdafiə nazirinin müavini olduğunu bildirmişdi.

GÜNÜN MANŞETLERİ