Allah bizlərə iki növ vilayət tanıtmışdır...
İslamazeri.com "Ehlader"-ə istinadən xəbər verir ki, İslami Məzhəblər Yaxınlaşdırma Təşkilatının başçısı Ayətullah Muhsin Əraki "Bu dünyada Rəsuli-Əkrəm (s) və pak Əhli-beytinin vilayətindən və sevgisindən daha böyük nemət yoxdur. Qurani-Kərimin təbiriylə Allah Rəsulu 'neməti-tamdır",- deyib.
Ayətullah Əraki sözlərinə belə davam edib:
"Quranda bir çox dəfə nur və zülmət sözlərinə işarə edilmişdir. Allahın imanlı bir cəmiyyətindəki rolu o cəmiyyəti qaranlıqlardan (zülmət) çəkib çıxararaq işıqlığa (nur) çatdırmasıdır.
Allah bizlərə iki növ vilayət tanıdmışdır: İlki "İlahi Vilayət", ikincisi isə "Şeytani Vilayət"dir. İlahi vilayət insanları nura istiqamətləndirər, şeytani vilayət isə tam əksinə insanı qaranlığa çəkər."
"Onlar yanlarındakı Tövratda və İncildə yazılı olaraq tapdıqları Rəsula, o ümmi peyğəmbərə tabe olan kəslərdir. O, onlara yaxşılığı əmr edər, onları pislikdən saxlayar. Onlara yaxşı və təmiz şeyləri halal, pis və murdar şeyləri haram edər. Üzərlərindəki ağır yükləri və zəncirləri qaldırar. Ona iman edənlər, ona hörmət göstərənlər, ona kömək edənlər və ona endirilən nura (Qurana) uyanlar ki var, məhz onlar qurtuluşa çatanlardır" ayəsində haqqında danışılan "qurtuluşa çatanlar" Hz. Məhəmmədlə (s) birlikdə yer üzünə enən nura beyət edən saleh insanlardır."
Uca Allah Nisa surəsinin 174-cü ayəsində insanlara iki şey nazil etdiyini buyurur: Biri "burhan" (dəlil) olan Quran, digəri isə Peyğəmbərlə birlikdə nazil olan "nur"dur. Bu nur isə rəhbərlik və vilayət nurudur ki, Peyğəmbərin Əhli-beytində qərar qılınmışdır.
Zülmətin üç fərqli ünsürü var:
1- Həqiqətin Kitmanı (gizlənməsi): Həqiqətin üstü örtüldüyü zaman həqiqəti axtaranlar onu tapa bilməz. Bu səbəblə haqqın kitmanı, zülmətin yaradıcısıdır.
2- Həqiqətin Təlbisi (batili haqq göstərmək): Başqa bir təbirlə, insanlara batili haqq bir şüarla təqdim etmək. Məsələn; insan haqları şüarı adı altında cinayətlər işləmək. Atom bombası istifadə edərək minlərlə günahsız insanı öldürmək! Və ya Amerikanın demokratiya və insan haqları ifadələriylə İraqda milyonlarla insanı öldürməsi.
Batilə həqiqət donu geyindirildiyi zaman həqiqətin arxasınca qaçan insanın əldə edəcəyi şey təəssüf ki, batildir. Çünki batili haqq görünüşündə təqdim etmişlər.
3- Bəzəmə: Batili gözəl sözlərlə cəlbedici hala gətirmək. Batil bir söz və ya məsələni olduğu kimi insanlara təqdim edilsə, onun pis üzünü asanlıqla görə bilərlər. Bu səbəblə pis üzünün aydın olmaması üçün onu bəzəyərlər.
Buna görə də İlahi elçilər və Əhli-beyt imamları insanlara üç şeyi açıqlamaq üçün göndərilmişdir.
a- Həqiqət və batilin nələr olduğunu tanıdmaq
b- Batilə geyindirilən həqiqət donunu çıxarmaq və batili ən çılpaq halıyla tanıdmaq
c- Batilin pis üzünün bəzənməsinin qarşısını almaq."