EURO 1,9288 TRY 0,311
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:17.05.2018 13:21:34

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Dövlət Gömrük Komitəsi birlikdə əməliyyat keçirib

 Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilmiş birgə əməliyyat tədbirləri nəticəsində Azərbaycan-Gürcüstan sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilən, qanunsuz və saxta spirtli içki istehsalı üçün nəzərdə tutulan təxminən 500.000 ədəd saxta aksiz markası aşkar edilərək götürülüb.

DTX-nın İctimai əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, araşdırmalar zamanı saxta aksiz markalarını sifariş verib gizli surətdə çatdırılmasını təşkil edən, ölkədə saxta aksiz markalarının qanunsuz dövriyyəsi ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşları Mehdiyev İntiqam Hüseyn oğlu və Nəcəfov Ruslan Həmzə oğlu müəyyən edilərək cinayət məsuliyyətinə cəlb ediliblər.

Başlanılmış cinayət işi üzrə araşdırmalar davam edir.

"Azərbaycan Respublikasında vətəndaşların sağlamlığına qəsd edən hüquqazidd əməllərin qarşısı bundan sonra da qətiyyətlə alınacaq", - DTX-nın məlumatında bildirilib.


DTX və Gömrük Komitəsi birgə əməliyyat keçirib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Natiq Cəfərli: Yalnız bu zaman alıcı almaq istədiyi ətin tərkibi haqda məlumatlı olacaq
    "Azərbaycanda bu siyasətin uğurla reallaşdırılması üçün bir infrastruktur formalaşmayıb."
     25.03.2019
    Şadlıq saraylarına POS terminal quraşdırılır? - Ekspert
    "Şadlıq saraylarında POS terminallar quraşdırılsa, toy sahibi yığılan vəsaitə görə vergi ödəməlidir."
     25.03.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ