EURO 1,8952 TRY 0,2775
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. KRİMİNAL

Kateqoriya : XƏBƏRLƏR

KRİMİNAL

Yayınlanma tarixi:12.03.2019 14:28:41

Hakim qeyd edib ki, vəkil vəsatətini yazılı təqdim etməlidir.

Hədə-qorxu yolu ilə pul tələb etməkdə və digər cinayətlərdə ittiham olunan “Realliq.info” və digər “reket” informasiya saytlarının baş redaktoru İkram Rəhimovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra İkram Rəhimovun vəkili Elçin Sadıqov vəsatət verib. O, müvəkkilinin barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini və cinayət işinə xitam verilməsini istəyib.

Hakim qeyd edib ki, vəkil vəsatətini yazılı təqdim etməlidir.

Bu səbəbdən proses martın 13-dək təxirə salınıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, İkram Rəhimovun tabeçiliyində olan şəxslərlə birlikdə “Realliq.info” və digər “reket” informasiya saytları yaradıb, həmin internet qəzetlərin jurnalistləri adı altında ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb dayandırılması müqabilində pul tələb etməsi və alması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması barədə daxil olmuş çoxsaylı şikayətlər Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb.

Məhkəmə qərarı əsasında aparılan əməliyyat tədbirləri ilə İkram Rəhimovun əlaqəsində olan şəxslərlə birgə göstərilən silsilə cinayət əməlləri müfəssəl qeydə alınıb.

İkram Rəhimov oktyabrın 26-da həbs edilib.

Qeyd olunub ki, “Realliq.info” informasiya saytının baş redaktoru, Azərbaycan Respublikasının vətəndaşı Rəhimov İkram Rafiq oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı DTX-nin İctimai əlaqələr şöbəsi məlumat verərək bildirir ki, İkram Rəhimovun hədə-qorxu ilə pul tələb etdiyi barədə ayrı-ayrı şəxslərin şikayətləri DTX-də araşdırılıb.

Məhkəmə qərarı əsasında aparılan əməliyyat tədbirləri ilə onun müvafiq əməlləri qeydə alınıb, hədə-qorxu ilə tələb etmə cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Davam edən istintaqla şübhəli bilindiyi cinayətlərə görə İkram Rəhimova elan edilən ittihama əsasən, o, 2017-ci ilin sentyabr ayında zərərçəkmiş Elxan Dadaşovdan mətbuatda sahibkarlıq fəaliyyəti zamanı qanunsuzluqlara yol verdiyinə dair məlumatlar yayacağı hədəsi ilə pul vəsaiti tələb edərək alıb.

İttihama əsasən, İkram Rəhimov zərərçəkmiş Zakir Hüseynovdan barəsində mətbuatda şəxsi və işgüzar nüfuzuna xələl gətirən rüsvayedici məlumatlar yayacağı hədəsi ilə 2016-2018-ci illər ərzində müxtəlif vaxtlarda mütəmadi olaraq pul vəsaiti tələb edərək alıb.

İkram Rəhimov 2017-ci ilin sentyabr ayında zərərçəkmiş Rafiq Ədilovdan davamlı olaraq mətbuatda rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul vəsaiti tələb edərək alıb.

Daha sonra, İkram Rəhimov 2017-ci ilin dekabr ayında fərdi sahibkar Cabir Cəfərovdan fəaliyyətində qanunsuzluqlara yol verdiyi barədə mətbuatda məlumatlar yayacağı hədəsi ilə pul vəsaiti tələb edərək alıb.

İstintaq orqanı tərəfindən İkram Rəhimovun barəsində Cinayət Məcəlləsinin 182.2.2-ci (təkrar hədə-qorxu yolu ilə tələb etmə), 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə) və 302.2-ci (eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) maddələri ilə ittiham elan edilib.


DTX-nın həbs etdiyi baş redaktorun məhkəməsi başlayıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • ABŞ Rusiyadan İrana
    ABŞ-lı rəsmi Rusiyaya İranla bağlı çağırış edib.
     23.05.2019
    Suriya ordusu vəhabilərin “belini qırmağa” hazırlaşır
    “Suriya ordusu çağırış mesajlı çox sayda kağız səpib”
     23.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ