EURO 1,927 TRY 0,3195
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ
  3. MÜNASİBƏT

Kateqoriya : MÜSAHİBƏ

MÜNASİBƏT

Yayınlanma tarixi:29.01.2019 23:47:18

"Trampın Maduroya qarşı çevriliş cəhdini şiddətlə qınayıram"

MHP sədri Dövlət Baxçalı "Trampın Maduroya qarşı çevriliş cəhdini şiddətlə qınayır və Venesuelanın vətəndaş müharibəsi şərtlərinə atılmadan bu uğursuzluğu keçməsini arzu edirəm. Maduronun təslim olmaması, boyun əyməməsi, imperializmin əsarətinə girməməsi arzumdur",- deyib.

İslamazeri.com xəbər verir ki, çıxışında Venesueladakı hadisələrə də toxunan Baxçalı, "Venesueladakı tük ürpətici faciəvi hadisələri görürsünüz. ABŞ Prezidenti Tramp, seçilmiş dövlət başçısını paylaşdığı "Twitter" mesajı ilə devirməyə çalışmışdır. Bu quldurluqdur, çevrilişçilikdir, özbaşınalıqdır, qanunsuzluqlarla ziyan verici bir primitivlikdir. Demokratiya ağır bir yara almışdır. Beynəlxalq nizam məhvin astanasındadır. BMT zalımların yanındadır.

Maduroya edilən alçaq təşəbbüs başqa ölkələr üçün nümunə təşkil edəcəkdir. Tramp sabah səhər yuxudan duranda ürəyini sıxan bir dövlət və ya hökumət başçısı ilə bağlı yeni bir açıqlama versə dünyanın aqibəti nə olacaq? Trampın Maduroya çevriliş cəhdini şiddətlə qınayır və Venesuelanın vətəndaş müharibəsi şərtlərinə atılmadan bu uğursuzluğu keçməsini arzu edirəm. Zalımlara müqavimət göstərmək, haqqdan, həqiqətdən yana olmaq deməkdir. Maduronun təslim olmaması, boyun əyməməsi, imperializmin əsarətinə girməməsi arzumdur",- deyə əlavə edib.


Dövlət Baxçalı: Maduronun təslim olmaması, boyun əyməməsi, imperializmin əsarətinə girməməsi arzumdur

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda körpüdə ağır qəzanın görüntüləri yayıldı - VİDEO
    Ötən gün Bakıda körpüdə aşan avtomobilin videogörüntüləri yayılıb.
     23.02.2019
    Suriyadan İraqa 40 üstü bağlı yük maşını keçib
    Suriya İnsan Haqqları Müşahidə Təşkilatı açıqladı
     23.02.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ