EURO 1,9187 NEFT 66,39
USD 1,7 RUB 0,0255
  1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ
  3. MÜNASİBƏT

Kateqoriya : MÜSAHİBƏ

MÜNASİBƏT

Yayınlanma tarixi:08.02.2019 00:33:36

"O vurğulayıb ki, dindarlaşma heç bir halda ərəbləşmə, farslaşma, Anadolu türkünə çevrilmə olmamalıdır."

“Bu gün Azərbaycan gəncliyinə, Azərbaycan ailəsinə qarşı iki istiqamətdə təsir var. Bir təsir Qərbdən gələn ultra müasirlik, digər təsir isə Şərqdən gələn ultra dindarlıqdır. Mənim çalışdığım sahə Şərqdən gələn təsirlərlə bağlıdır. Təəssüf ki, o təsirlərin əsas hədəfərindən biri gənclikdir, ikincisi isə Azərbaycan ailəsidir”.

“Report” xəbər verir ki, bunu Bakıda “Gənclər və ailə: ənənə və müasir baxış” mövzusunda keçirilən konfransda Dini Qurumlar İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.

Komitə sədrinin müavini qeyd edib ki, hər bir xalqın özünün həyat tərzi, mədəniyyəti, adət-ənənələri var: “Bu baxımdan bizim Şərqlə şəriətimiz eyni olsa da, mədəniyyətimiz fərqlidir. Biz ərəblərlə, Anadoludakı qardaşlarımızla, pakistanlı, malaziyalı, farslarla, iranlılarda, ərəblərlə eyni dini paylaşırıq, ancaq mədəniyyətimiz eyni deyil. Çünki həyat tərzimiz fərqlidir. Azərbaycan müstəqillik əldə etdikdən sonra ərəb qardaşlarımız gəldi, din ilə bağlı müəyyən işlər apardılar, ancaq din pərdəsi altında öz mədəniyyətini, həyat tərzini də bizə təqdim etdi. Yəni əgər mən onun təbliğatı nəticəsində dindar oldumsa, həyat tərzim də ona bənzədi. İrandan fars qardaşım gəldi, mənə dini təbliğ etdi və din altında öz mədəniyyətini də təbliğ etdi. Nəticədə dindar olduq, amma İran həyat tərzinin təsiri altına düşdük. Anadoludan qardaşımız gəldi, dini öyrətdi, nəticədə dindar olduq, amma həyat tərzimiz də dəyişdi. Nəticədə, dindarlarımızın bir hissəsi ərəbləşmə, bir hissəsi farslaşma, bir hissəsi isə anadolu türkü istiqamətində getdi. Bəzən deyirik ki, dindarlarımızın sayı artıqca azərbaycanlıların sayı azalır”.

O vurğulayıb ki, dindarlaşma heç bir halda ərəbləşmə, farslaşma, Anadolu türkünə çevrilmə olmamalıdır: “Biz öz mədəniyyətimizə sahib çıxmalıyıq. Eyni zamanda Qərbdən gələn təsirdən ingilisləşmə, fransızlaşma amerikalılaşma kimi halar olmamalıdır. Qərbdən və Şərqdən gələn bu təsirlərə qarşı bizim mənəvi immunitetimiz olmalıdır”.


“Dindarlarımızın sayı artıqca azərbaycanlıların sayı azalır” - Dini Komitə

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Laricani: Biz nüvə sazişinə sadiqik, ABŞ sözünü tutmadı
    Əli Laricani Yaponiya təmasları çərçivəsində Baş Nazir Şinzo Abe ilə görüşüb.
     15.02.2019
    Fələstinlilərin 47-ci “Geri qayıdış” yürüşləri keçirildi: Yaralılar var - FOTO
    Aksiyalar zamanı bir İsrail hərbçisinin kəllə-beyin travması aldığı önə çəkilir
     15.02.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ