Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. MƏQALƏ

Kateqoriya : MƏQALƏ

Yayınlanma tarixi:13.12.2020 01:15:58

İnsanların bəziləri dünyəvi düşünür və dünyəvi yaşayırlar, bəziləri dini düşünür dindar yaşayar, bəziləri isə dnidar kimi düşünər amma dünyəvi yaşayarlar.

Birinci və ikinci qrup insanlarda problem yoxdur, inandıqları kimi yaşayırlar. Problem üçüncü qrup insanlardır; dindar kimi düşünüb dünyəvi yaşayanlar...

Dini istifadə edib inananların dini hisslərini istismar edən, dini arqumentlər istifadə edib insanları aldadan, dini maddi qaynaq görən, qısacası din adı ilə aldadan qrupdur.

Bu üç qrup insanı ayırd etmək üçün onların sözlərinə və ibadətlərinə deyil, həyat tərzlərinə və ictimai-siyasi düşüncələrinə baxmaq kifayət edər.

İbadi və əxlaqi mövzularda dini seçərkən, siyasi və ictimai həyatda dünyəvi düşüncəyi seçərlər.

Mövzunu bir az daha konkretləşdirsək belə izah vermək lazım olacaqdır; evdə və məsciddə dini yaşayır, ictimai həyatda dünyəvi düşünüb dünyəvi həyat sürərlər.

Siyasət sahəsində dini siyasi düşüncəsi yox; dünyəvi partiya və siyasətçiləri təqib etməkdən və onları dəstəkləməkdən başqa çarə tapmazlar. Dünyəvi rejimin qurum və quruluşları ilə millət vəkili, nazir, bələdiyyə sədri kimi şəxs və qurumlarla əlaqə və irtibatı lazım bilir, hətta iftixar edərlər. Din yolunda şəhidlərin şəkillərini paylaşıb şüar vermək, imperialist gücə sosial mediada qəhrəmanlıq etmək “quru təbliğat”dan başqa bir şey deyil.

Sosial sahədə, xarici görünüş, şəkilçi bir mədəniyyət hakim; saqqal və hicabdan başqa bir şeyi ortaya qoya bilmir. İctimai həyatlarında yardımlaşma, həmrəylik və ədalətə riayyət etmək kimi sosioloji dəyərlər hiss edilmir.

Hacısı - hocası, qadını - kişisi, gənci - qocası, fəqirləri sosial mediada yad edib dramatik şəkil paylaşaraq vicdanının rahatladaraq eqosunu təmin edər və axşam olunca ya evində və ya luks maşını ilə luks restoranda bəzədilmiş süfrədə qarnını doyurar.

Dini həyat tərzini dünyəvi həyatın üstünə çıxara bilmir. Dini yaşam davamlı əzilmiş və münzəvi qalır.  

Dini açıqlamaları tarixi hadisə və keçmişə bağlı sözlərdən ibarətdir. Günümüzə və gələcəyə aid fikirləri isə dünyəvi düşüncənin məhsuludur.

Sanki əxlaqi dəyərlər, təqvanın tələbləri fəqir avam xalq üçün keçərlidir; yoxsula səbr, aza qənaət, çətinliklərdə Allaha təvəkkül, dünya həyatında rəfah ardınca olmamaq, cənnət nemətlərinə qovuşmaq vəədi xalqı yola vermək üçün istifadə edilən arqumentlərdir.

Zəngin ilə fəqir arasında fərq qoyma tərs qəbul edilmişdir; fəqirə salam belə çətin verilərkən, varlının süfrəsindən əskik olmazlar.

İctimai həqiqətləri ört-basdır edildikcə ictimaiyyət-toplum islah olmaz.

Liderlər dindar düşünüb, dünyəvi yaşadıqları müddətcə ictimaiyyət və toplum dindar olmaz.

Camaat namazında imam olmaq sadəcə namazda ÖNDƏ olmaq deyildir, bütün sahələrdə həm öndə olmaqdır, həm də ÖNCÜL olmaqdır. Luks villalarda və bağ evlərində oturub daha sonra minbərdə əxlaq və nəfsi təzkiyədən danışmaq inandırıcı olmaz. İctimaiyyət və toplumda örnək götürülən alim ilə qeyri-alim arasındakı iqtisadi/rəfah səviyyəsi arasında fərq olmamalıdır.

Camaat evinin kirayəsini çətin ödəyərkən, örnək və varis olan alimin iki-üç evi ola bilməz.

Xalq ilə alim arasında tərsdən iqdisadi bir uçurum varsa bu ədalət deyildir.

Məscid təməli atmaq, mərkəzlər qurmaq uğurlu olmadığı kimi sosial problemləri də həll etməz. Təsəllidən başqa işə yaramır.

Cəmiyyətin digər liderləri, akademiklər, aydınlar da alimlər kimi nümunə və örnək olmalıdırlar. Ona buna vəzifə təyin edəcəyinə öz vəzifəsini dərk etməlidir.

Dindar düşünüb dünyəvi yaşamaq hacı-hoca, qadın-kişi, gənc-qoca hər kəsə aid olan sosioloji problem olaraq qarşımızda durur.Belə bir önəmli sosioloji problemlər qarşımızda varkən insanların dinə yönəlmələrini, dindar olmalarını istəmək “havanda su döyməkdir” (red: Türk atalar sözü, mənası – heç bir xeyri olmayan iş)

Dünyəviləşdikcə din adına Allahdan uzaqlaşırıq, dünyəviləşdikcə dini dəyərlərimiz belə iqtisadi-maddiyat rənginə bürünür, dünyəviləşdikcə dini dəyərlər yerini dünyəvilərə buraxır, dünyəviləşdikcə dini dəyərləri də dünyəvilik şəkilləndirir.

 Belə bir durumda dindar kimi düşünür, amma dünyəvi kimi yaşanmış olur.

Berlin "İmam Rza Mərkəzi"nin rəhbəri, Şeyx Səbahətdin Türkyılmaz

Mənbə


Dindar kimi düşünüb dünyəvi yaşamaq - Köşə yazısı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Putin:
    Rusiya prezidenti Vladimir Putin Livandakı vəziyyətin dinc və sülh yolu ilə yoluna qoyulmasının tərəfdarı olduğunu bəyan edib.
     22.10.2021
    Zakir Həsənov azad olunmuş rayonlarda hərbi təyinatlı obyektlərin açılışında iştirak edib
    "Yeni inşa edilən poliqonda hərbi qulluqçuların peşakarlığının daha da yüksəldilməsi məqsədi ilə təlim məşqləri həyata keçiriləcək”.
     22.10.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ