Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:3.12.2021 17:08:58

"Zəngilan rayonunun “Ağalı” kəndinə köçürüləcək sakinlərin düzgün xəbərdar edilməsi və maarifləndirilməsi, təhlükəli ərazilərdə davranış qaydaları ilə bağlı məlumatlandırılması zəruridir".

"Vətənə qayıdış yaxınlaşır. İnsanlar tələsir. Anlaşılandır".

Bunu "İslamazeri.com"-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.

"Ancaq bir qədər səbr və təmkin nümayiş etdirməliyik. Vətəndaşlarımızı təhlükədən qorumaq məqsədilə işğaldan azad edilən ərazilərə gedən yollarda müvəqqəti postlar var. Bu postlar, ona görə saxlanılır ki, işğaldan azad edilən ərazilərə icazəsiz səfərlərin qarşısı alınsın. Çünki hələ da təhlükə var. Sirr deyil ki, müharibədən sonra baş verən faicələrin 53 faizi həmin ərazilərə qanunsuz səfərlər nəticəsində baş verib.

Sürətlə minatəmizləmə əməliyyatları aparılır, təmizlənən ərazilərə vətəndaşların təhülkəsiz qayıdışı üçün bərpa və quruculuq işləri həyata keçirilir. Artıq məlumdur ki, 2022-ci ildə Zəngilan rayonunun “Ağalı” kəndinə ilk sakinlər köçürüləcək. Həmin sakinlərin düzgün xəbərdar edilməsi və maarifləndirilməsi, təhlükəli ərazilərdə davranış qaydaları ilə bağlı məlumatlandırılması zəruridir.

Bu istiqamətdə işlər davam etdirilir. Hər birimiz daha çox çalışmalı, daha çox işləməli, daha çox məlumatları bölüşməli və paylaşmalıyıq. Qarabağ Azərbaycandır!", - o vurğulayıb.


DİN Zəngilana köçəcək sakinlərə müraciət edib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Koronavirusa yoluxan şagirdlərin sayı məlum olub
    Həmin müddət üçün COVID-19-a yoluxan işçi heyətin sayı isə 73 olub.
     24.01.2022
    Amnistiya Aktı ilə cərimə cəzasından azad edilən şəxslərin sayı açıqlanıb
    Həmin şəxslər 1 milyon 220 min manatdan artıq vəsaiti dövlət büdcəsinə ödəməkdən azad olunublar.
     24.01.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ