Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:25.11.2021 11:05:04

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev işğaldan azad olunan bütün ərazilərdə "gözəgörünməz ölüm" təhlükəsinin təmizlənməsi işi sürətlə davam etdiyini bildirib.

Müharibə qalıqları - mina, döyüş silah-sursatları işğalçıların mənfur niyyətini əks etdirir.
İslamazeri.com xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
O bildirib ki, işğaldan azad olunan bütün ərazilərdə "gözəgörünməz ölüm" təhlükəsinin təmizlənməsi işi sürətlə davam edir:
"Ərazilər təmizləndikcə istifadəyə təqdim olunur. İndi həssas dövrdür, hər kəs bu yerləri görmək arzusundadır. Bu anlaşılandır. Ancaq əraziyə kütləvi axının təmin olunması orda gedən işlərə mane ola bilər. Nəzərə alsaq ki, əraziyə daxil olan bir şəxsin minadan təmizlənən ərazidən kənara çıxması təhlükə riskini artırır. Bu risklər faciə ilə nəticələnə bilər. Ona görə əsas diqqət bu gün ona yönəlib ki, maariflənmə işi ilə yanaşı, həmin rayonlara yaşamağa qayıdacaq vətəndaşlar üçün tam təhlükəsiz mühit yaradılsın. Əgər işlərin miqyasına baxsaq, bütün dövlət qurumları istiqamətlər üzrə fəaliyyətə cəlb edilib".

DİN-dən minalarla bağlı XƏBƏRDARLIQ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Keşiş Roma Papasına: Tövbə etməlisən...
    Xatırladaq ki, Roma Papası şənbə günü Yunanıstana gəlib və səfər 3 gün davam edəcək.
     5.12.2021
    Azərbaycanın gimnastika komandası Avropa çempionatında 5-ci oldu
    Portuqaliyanın Gimaraynş şəhərində “TeamGym” üzrə Avropa çempionatı başa çatıb.
     5.12.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ