Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:21.06.2022 14:49:56

Bunu təhsil naziri Emin Əmrullayev deyib.

“Dövlət İmtahan Mərkəzinin şagirdlər arasında oxuyub-yazmaqda çətinlik çəkənlərlə bağlı yaydığı statistika bəzən aldadıcı olur”.

İslamazeri.com xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, əvvəlki illərlə bağlı da araşdırmalar aparılır: "Biz hər il Dövlət İmtahan Mərkəzindən siyahını alıb araşdırırıq. Bəzi hallarda statistika aldadıcı olur. Məsələn, Bakı məktəblərindən birinin heç bir məzununun ali məktəbə qəbul olmadığı bildirilmişdi. Halbuki həmin məktəb yəhudi icmasına məxsusdur və bu ümumtəhsil müəssisəsinin məzunları Azərbaycanda ali təhsil almırlar. Nəticə etibarilə həmin məktəbdən heç birin məzunun universitetə qəbul olmadığı statistik olaraq doğrudur”.

Nazir bildirib ki, Dövlət İmtahan Mərkəzi sual kitabçasını boş qaytaran şagirdləri də oxuyub-yaza bilməyən kimi təqdim edir: "Məsələn, əqli qüsurlu şagird xüsusi təhsil müəssisəsində təhsil almalıdır. Ancaq kiçik kəndlərdə belə bir məktəb yoxdur. Nəticədə əqli qüsurlu şagird digərləri ilə eyni məktəbə gedir. Bundan başqa, şagird uzun müddət təhsildən yayınır və yalnız attestat almaq üçün imtahana gəlir. Ona görə də belə nəticə ortaya çıxır. Əslində, yekun rəqəm məzunların bütün göstəricilərini nəzərə aldıqda elə də böyük say deyil. Hər halda məzunlarımızın bu gün narahatlıq doğuracaq şəkildə oxuyub-yazmaq probleminin olduğunu düşünmürəm. Çünki statistika bunu demir. Sadəcə, statistika bilmədən şişirdilir”.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin yaydığı məlumata görə, 9-cu və 11-ci siniflərin şagirdləri arasında nəinki tədris proqramını minimum mənimsəməyənlər, hətta oxuyub-yazmaqda çətinlik çəkənlər və ya ümumiyyətlə, oxuyub-yazmağı bacarmayanlar aşkarlanıb. Belələri 11-ci sinif şagirdləri arasında 2 nəfər, 9-cu sinif şagirdləri arasında isə 34 nəfərdir.


"DİM-in şagirdlərin oxuyub-yazma problemi ilə bağlı statistikasi bəzən aldadıcı olur"

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Meymunçiçəyinin sağalma müddəti və müalicədə istifadə olunan dərmanlar açıqlanıb
    Meymunçiçəyi xəstəliyinin müalicəsində istifadə olunan dərman vasitələri və virusun müalicə müddəti açıqlanıb.
     1.07.2022
    Baş nazir Əli Əsədov İordaniya Senatının sədri ilə görüşüb
    Azərbaycanın Baş naziri Əli Əsədov İordaniya Krallığı Senatının sədri Faysal Al Fayez ilə görüşüb.
     1.07.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ