1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:9.02.2018 10:39:59

Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Dağıstanın Dərbənd rayonunun başçısı Məhəmməd Cəlilovu həbs ediblər.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Dağıstanın Dərbənd rayonunun başçısı Məhəmməd Cəlilovu həbs ediblər. Virtualaz.org “Kavkazski uzel” portalına istinadən xəbər verir ki, Cəlilov torpaq sahələri ilə əlaqədar qeyri-qanuni hərəkətlərdə şübhəli bilinir.

Mənbəyə əsasən, M.Cəlilov dindirilmədən dərhal sonra həbs edilib.

O, 2015-ci ilin noyabr ayından Dərbənd rayonuna rəhbərlik edib.

***10:03

Ötən gün fevralın 8-də Dərbənd başçısının rəhbəri Maqomed Cəlilovun qardaşı Zülfəddin Cəlilov hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. Virtualaz.org xəbər verir ki, Cəlilovun evində axtarış zamanı böyük həcmdə narkotik maddə aşkarlanıb. Bunu hüquq-mühafizə orqanlarındakı mənbə yerli informasiya agentliklərindən birinə bildirib.

Zülfəddin Cəlilov Dərbənd şəhər məclisinin deputatıdır. Bundan əvvəl “Dərbənd meşəçilik” dövlət müəssisəsinin rəhbəri olarkən Azərbaycanla sərhəddəki Narınqala qalasının yaxınlığında “Yeddi əfsanə qülləsi”nin tikintisini qeyri-rəsmi kurasiya edib. Bu tikinti zamanı büdcə vəsaitlərinin talandığı bildirilir.

Z.Cəlilov bundan əvvəl də hüquq-mühafizə orqanlarının diqqətini cəlb etmişdi. Bəzi məlumatlara görə o, Azərbaycandan daşınan narkotik maddələrin saxlanılmasını və paylanmasını təşkil edib. Habelə 2015-ci ildə onun adı Azərbaycandan olan iki biznesmenin yoxa çıxmasına görə hallanıb. Z.Cəlilovun bu iş üzrə həbs ediləcəyi haqda xəbərlər yayılıb.

Belə ki, 2000-ci illərin əvvəllərində Dərbənddə Azərbaycandan olan iki biznesmen oğurlanıb. Onların əvəzində yaxınlarından iri məbləğdə pul tələb ediblər. Lakin razılaşma alınmayanda biznesmenləri öldürüblər və cəsədlərini yandırıblar. Bu iş üzrə əsas şübhəli Zülfəddin Cəlilov olub, onun barəsində istintaq aparılıb. Lakin Cəlilov Dağıstan hakimiyyətindəki güclü əlaqələri və polis orqanlanda işləyən qardaşının sayəsində həbs edilməyib. 2015-ci ildə FTX-nin yerli idarəsi bu adam oğurluğu və qətl işi üzrə mühüm şahid ifadəsi əldə edib, həmin ifadə əsasında Cəlilovun həbs ediləcəyi haqda xəbərlər yayılıb. Amma Cəlilov bu dəfə də həbsdən yayınıb.

Xatırladaq ki, bir neçə gündür Dağıstanda Moskvadan göndərilmiş əməliyyat-istintaq qrupu tərəfindən seriya həbslər həyata keçirilir. Artıq Dağıstan hökumətinin başçısı Abdusamid Həmidov və müavinləri, bəzi nazirlər və bir sıra məmurlar həbs olunub. Həbslərlə bağlı Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin ötən gün Dağıstana uçub. Məlumatlara görə FTX Dərbənd rayon administrasiyasında axtarışlar aparır. Yeni həbslər gözlənilir.


Dərbənd rayonun başçısı və qardaşı həbs edildi; Azərbaycanda da cinayət törədiblər - ƏTRAFLI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Rusiyada silah anbarının mühafizəçilərinə qumbara atıldı
    Rusiyanın Samara şəhərində silah anbarının mühafizəçilərinə hücum olub.
     21.05.2018
    Azərbaycan və Serbiya prezidentlərinin geniş tərkibdə görüşü olub
    Azərbaycan və Serbiya prezidentləri arasında görüş baş tutub.
     21.05.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ