EURO 1,897 TRY 0,2815
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:09.05.2019 04:04:40

Bununla bağlı Rasim Musabəyov sosial şəbəkədə məlumat verib

İki gün öncə Milli Məclisin deputatı Rasim Musabəyovun “Azneft” meydanı ərazisində yerləşən yeraltı keçiddə küçə ticarəti ilə məşğul olan yeniyetmə ilə bağlı etirazları “nəticə verib”. Belə ki, həmin “popkorn” satan yeniyetmə keçiddən uzaqlaşdırılıb.

Bununla bağlı Rasim Musabəyov sosial şəbəkədə məlumat verib:

“Dünən axşam “Azneft” meydanı yaxınlığında yeraltı keçid “popkorn” qoxusundan azad oldu. Müşahidə aparıb baxarıq, nə qədər müddət davam edəcək. Bu kiçik məsələ olsa da, ictimaiyyətin fəal reaksiyası onun önəmli olduğunu göstərir. Bəzi müzakirə iştirakçıları ölkənin qlobal problemləri ilə məşğul olmağı və ikinci dərəcəli mövzulara vaxt ayırmamağı tövsiyə edirlər.

Müzakirələr göstərdi ki, kiçik məsələlər də özünə diqqət tələb edir. Sadə “Facebook” statusu ilə məmurların operativ müdaxiləsi nəticəsində məsələni həll etmək mümkün oldu.

Bu, mənim üçün sosial şəbəkə vasitəsilə ictimai dəstəyin səfərbər olunması təcrübəsi idi. Məlum oldu ki, bizdə bu alınır. Dəstəyinizə görə təşəkkür edirəm”.

O, istehzalı və bəzən qərəzli şərhləri isə müəlliflərin vicdanına buraxıb.

Xatırladaq ki, R.Musabəyovun sosial şəbəkədə yazdığı status və paylaşdığı foto tənqidlərə səbəb olub.

R.Musabəyov “Azneft” meydanındakı yeraltı keçiddə uşağın popkorn satmasını qınamışdı:

“Bakılıları və şəhərin qonaqlarını sevindirmək üçün dövlətin milyonlarla manat vəsaitinin xərcləndiyi popkorn satıcısı həyasızcasına yerləşib və yanıq qoxusu ilə bütün ətrafı iyləndirib. İcazəsiz işləyir, dövlətin elektrik enerjisindən pulsuz istifadə edir, vergi ödəmir. Bakılıları zəhərləməmək və bizi qonaqlar qarşısında biabır etməmək üçün kim tədbir görəcək?”


Onun bu statusu sosial şəbəkə istifadəçilərini qəzəbləndirib.

Bəziləri deputatın böyük problemlər olduğu halda, kiminsə evinə “çörək pulu” aparmasına mane olduğunu bildiriblər.

Digərləri deputatı tənqid edərək, ona öz işləri ilə məşğul olmağı məsləhət görüblər.

“Siz o uşağa yaxınlaşıb soruşdunuz, niyə bu işlə məşğuldur, valideynləri haradadır, pula ehtiyacı varmı?”, - deyə istifadəçilər deputatdan soruşublar. (oxu.az)


Deputat istəyinə nail oldu: “Popkorn” satıcısı keçiddən çıxarıldı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Avropalı deputatdan hicaba dəstək: Qadağanı pislədi
    Avstriyalı deputat hicab qadağasını pisləyib.
     21.05.2019
    Əhsən Nuruzadə cərimə təcridxanasına salınıb
    "Müsəlman Birliyi" Hərəkatının koordinatoru Əhsən Nuruzadə 6 saylı Cəzaşəkmə Müəsisəsində cərimə kamerasına salınıb
     21.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ