1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:27.07.2019 14:28:38

Ev problemi ilə bağlı Prezident İlham Əliyevə müraciət edən məcburi köçkün, “Bizim Yol” qəzetinin əməkdaşı Ramid İbrahimov mənzillə təmin olunub.

Ev problemi ilə bağlı Prezident İlham Əliyevə müraciət edən məcburi köçkün, “Bizim Yol” qəzetinin əməkdaşı Ramid İbrahimov mənzillə təmin olunub.

"Ölkə.Az"ın xəbərinə görə, bu barədə həmin qəzetin baş redaktoru Bahəddin Həzi məlumat verib.

O, R.İbrahimovun özü ilə yanaşı həyat yoldaşının da məcburi köçkün olduğunu bildirib:

“İş yoldaşımız, tanınan, çalışqan, fədakar jurnalistlərdən biri olan Ramid İbrahimovun ölkə Prezidentinə müraciəti müsbət nəticə verdi. Bu gün Ramidi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə dəvət etdilər və ona “Qobu Park”da məcburi köçkünlər üçün inşa olunmuş binada mənzil ayrıldığını bildirdilər.

Ramid İbrahimovun ailəsi və özü 1993-cü ildə Füzuli rayonunun işğalı nəticəsində məcburi köçkün düşüb. Bu yaxınlarda ailə quran Ramidin həyat yoldaşı da, həyat yoldaşının valideynləri də məcburi köçkündürlər. Ramid özü də, həyat yoldaşı da Bakı şəhərində işləyirlər və kirayədə yaşayırlar. Çox çətinlik çəkirdilər.

Müraciətə müsbət cavab verdiyi, gənc ailənin probleminə həssaslıq göstərdiyi üçün Prezident İlham Əliyevə kollektivimiz adından təşəkkür edirəm. Müvafiq qurumların rəhbərlərinə və bizə dəstək göstərmiş bütün həmkar dostlara - dəyərli media quruluşlarına, zəhməti keçən bütün jurnalistlərə təşəkkür edirəm. Ramidi və ailəsini isə ürəkdən təbrik edirəm!”

Prezident daha bir jurnalistÉ™ ev verdi


Daha bir jurnalistə Bakıda ev verildi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • ABŞ Süleymanini öldürməklə təkfirçilərə ən yaxşı hədiyyəni etdi
    Bu sözləri İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani səsləndirib.
     04.07.2020
    “Avropa Gürcüstanı” lideri: Aclıq başlamadan Türkiyə ilə sərhədi açın
    "Avropa Gürcüstanı”nın liderlərindən biri Gigi Uqulava Türkiyə ilə sərhədlərin açılmasına və insanlara işləmək imkanının verilməsinə dair çağırış edib.
     04.07.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ