Cinayət nisbətinin ən yüksək olduğu müəyyən edilən 50 şəhər arasında Meksikanın Kolima şəhəri ilk sırada qərarlaşıb.
İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, İctimai Təhlükəsizlik və Cinayət Hüququ Xalq Şurasının (CCSPJP) hazırladığı hesabatda cinayət nisbətinin ən yüksək olduğu 50 şəhər sıralanıb. Əhali sayı 300 mindən çox və cinayət nisbəti yüksək olan 50 şəhərin yer aldığı hesabata Meksikanın 17 şəhəri salınıb. Bu da göstərir ki cinayət nisbəti ən yüksək olan 10 şəhərdən 9-u Meksikadadır. Sözügedən ölkənin Kolima şəhəri 2022-ci ildə 100.000 əhaliyə 181,94 qətllə birinci qərarlaşıb.
Cinayətə qarşı tədbirlər görən ölkələrdə diqqətəlayiq irəliləyişlərin əldə edildiyi ifadə edilən hesabatda, keçmişdə zorakılığın ən çox yaşandığı ölkələr sırasında olan Salvador və Qvatemalanın təsirli tədbirlərlə qətl nisbətlərini azaltdığı bildirilir.