Çin bu peyvəndi təcili istifadə üçün təsdiqlədi

Çin bu peyvəndi təcili istifadə üçün təsdiqlədi
Yayınlanma tarixi: 23.03.2023 16:07:58

Çində formulasında mesajçı ribonuklein turşusu (mRNA) komponenti olan ilk yeni növ koronavirus (Covid-19) peyvəndi təcili istifadə üçün təsdiqlənib.

Çində formulasında mesajçı ribonuklein turşusu (mRNA) komponenti olan ilk yeni növ koronavirus (Covid-19) peyvəndi təcili istifadə üçün təsdiqlənib.

İslamazeri.com xəbər verir ki, Baş ofisi Hibey əyalətində olan “CSPC Pharmaceutical Group” tərəfindən verilən açıqlamada bildirilir: "SYS6006 adlı peyvənd Çin Milli Dərman İdarəsi tərəfindən təsdiqləndi. Çində təcili istifadə üçün təsdiqlənmiş ilk mRNA növü olan SYS6006 “Omicron”un BA.5, BF.7, BQ.1.1., XBB.1.5 və CH.1.1 variantlarına qarşı təsirlidir. Ölkədə “Covid-19” hallarının çox olduğu 10 dekabr 2022-ci il və 18 yanvar 2023-cü il tarixləri arasında 4 min adam üzərində aparılan klinik sınaqlarda iki doza qəbul edən insanlarda virusa qarşı 85,5 faiz qorunma təmin edildiyi müəyyən olunub.”

  Qeyd edək ki, Çində hələ qeyri-aktiv, zülal alt vahidi və virus vektoru üsulları ilə hazırlanmış 8 növ “Covid-19” peyvəndi istifadə olunur.

  “Biontech” və “Moderna”nın geniş istifadə olunan mRNA tipli peyvəndləri Honq Konq və Makao xüsusi inzibati bölgələrində tətbiq edilir.

  Xatırladaq ki, Çinin “Covid-19” epidemiyasının başlanmasından bəri həyata keçirdiyi, “sıfır yoluxma” adlandırılan, genişmiqyaslı bağlanma, karantin və səyahət məhdudiyyətləri tələb edən mübarizə tədbirlərinin 7 dekabr 2022-ci il tarixində qəfil ləğvindən sonra yoluxma halları sürətlə artmış və ölkə indiyə qədər görünən ən böyük kütləvi yoluxma halları ilə qarşı-qarşıya qalmışdı. Aradan keçən dövrdə 1,4 milyard əhalinin azı 1 milyardının virusa yoluxduğu təxmin edilsə də, Çin hökuməti 2023-cü il fevralın 17-də “Covid-19” epidemiyasına qarşı "həlledici qələbə" elan etdi.

GÜNÜN MANŞETLERİ