Çin: ABŞ-ın Suriyadakı oğurluğu dəhşətvericidir

Çin: ABŞ-ın Suriyadakı oğurluğu dəhşətvericidir
Yayınlanma tarixi: 18.01.2023 10:08:30

Vanq Pekində keçirdiyi mətbuat konfransında ABŞ ordusunun yanvarın 14-də Suriyanın Həsəkə vilayətindən 53 neft yüklü tankeri İraqdakı bazalarına köçürməsi xəbərini dəyərləndirib.

"Biz ABŞ-ın Suriyadakı oğurluğunun aşkarlanmasından və onların bu biabırçılığından dəhşətə gəlirik"

İslamazeri.com xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin deyib.

Suriya hökumətinin rəsmi məlumatlarına görə, 2022-ci ilin ilk yarısında Suriyada çıxarılan neftin 80 faizindən çoxunun ABŞ-ın işğalçı qüvvələri tərəfindən ölkədən qaçaq yolla çıxarıldığını ifadə edən Vanq deyib:

"Bu banditizm Suriyada enerji və humanitar böhranı dərinləşdirir. Suriya xalqının yaşamaq hüququ ABŞ tərəfindən pozulur. Suriya xalqı qara qışdan az yağ və qida ilə çıxmağa çalışacaq".

ABŞ qüvvələrinin bu ayın əvvəlində Suriyadan qaçaqmalçılıq yolu ilə 60 tanker və yük maşını neft və taxıl daşıdığını vurğulayan Vanq bildirib:

"Suriyanın resurslarını oğurlayarkən, hərbi yardıma gəldikdə milyardlarla, hətta on milyardlarla dollar ayırmaq kimi “səxavətini” nümayiş etdirən ABŞ-ın tamahkarlığı həqiqətən də göz qabağındadır".

Vanq Vaşinqton administrasiyasını beynəlxalq qanunlara riayət etməyə və neft oğurluğuna görə cavab verməyə çağırıb:

"ABŞ həm verəndə, həm alanda ölkələri qarışıqlığa, fəlakətə sürükləyir, sonra da öz hegemonluğu və maraqları üçün bunun bəhrəsini alır. ABŞ bunu "qaydalara əsaslanan nizam" adlandırır".

GÜNÜN MANŞETLERİ