Ceyhun Bayramovla Çavuşoğlu arasında telefon danışığı olub

Ceyhun Bayramovla Çavuşoğlu arasında telefon danışığı olub
Yayınlanma tarixi: 11.01.2023 16:10:44

Bu barədə Azərbaycan XİN-dən bildirilib.

11 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Azərbaycan XİN-dən "İslamazeri.com"a bildirilib ki, xarici işlər nazirləri Azərbaycanla Türkiyə arasında ikitərəfli və regional əməkdaşlıq gündəliyinin aktual məsələlərini müzakirə ediblər.

Nazirlər həmçinin çoxtərəfli platformalarda əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

GÜNÜN MANŞETLERİ