Ceyhun Bayramov “Sülhün kökləri” təşkilatının rəhbəri Haydi Kün ilə görüşüb

Ceyhun Bayramov “Sülhün kökləri” təşkilatının rəhbəri Haydi Kün ilə görüşüb
Yayınlanma tarixi: 11.05.2023 18:00:27

Bu barədə XİN-dən bildirilib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov minaların təmizlənməsi sahəsində humanitar fəaliyyət göstərən ABŞ-ın “Sülhün kökləri” humanitar təşkilatının təsisiçisi və rəhbəri Haydi Kün ilə görüşüb.

XİN-dən "İslamazeri.com"a verilən xəbərə görə, görüş zamanı, nazir Ceyhun Bayramov Ermənistanın ölkəmizə qarşı 30 ilə yaxın davam etmiş təcavüzü nəticəsində Azərbaycana qarşı yaranmış mina təhdidləri barədə barədə müqabil tərəfə ətraflı məlumat verib.

Azərbaycan vətəndaşlarının Ermənistan tərəfindən kütləvi şəkildə basdırılmış minaların qurbanına çevrilməsi və minaların təmizlənməsi sahəsində Ermənistanın Azərbaycanla əməkdaşlıq etməməsi diqqətə çatdırılıb.

Mina təhdidlərinin 44 günlük Vətən müharibəsindən sonra bərpa və yenidənqurma işlərinə və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması prosesinə maneə olduğu vurğulanıb.

“Sülhün Kökləri” beynəlxalq humanitar təşkilatının rəhbəri xanım Heidi Kün də öz növbəsində Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün region üçün əhəmiyyətini vurğulayaraq, eyni zamanda Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri və bu istiqamətdə birgə əməkdaşlığa dəstək göstərmək niyyətini bəyan edib.

Tərəflər daha sonra qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

GÜNÜN MANŞETLERİ